Şriftin ölçüsü / 89

AMİP-dən 18 noyabr mitinqinə dəstək

14 Noyabr 2017 [17:58]
Azərbaycan Milli İstiqlal Partiyası Milli Məclis tərəfindən nümayəndəlik institutunun ləğv edilməsi ilə bağ 18 noyabrda hüquqşünasların "Məhsul" stadionunda keçirəcəyi etiraz aksiyasını dəstəkləyir.

Bu açıqlama ilə Moderator.az-a AMİP Siyasi Şurasının üzvü Əli Orucov çıxış edib.

AMİP yetkilisi bildirib ki, iqtidar ölkədə vətəndaşların hüquqlarının qorunması əvəzinə, bunun əksini etməklə məhkəmələr qarşısında tam müdafiəsiz və əliyalın qoyur. Keçmiş SSRİ məkanında təkcə Azərbaycan mülki qanunvericiliyində nümayəndəlik institutunu ləğv edən respublikadır. Hətta Ermənistan və Türkmənistanda da nümayəndələrə geniş səlahiyyətlər verilib. Ukrayna, Gürcüstan, Moldovanı demirəm.

Azərbaycan vətəndaşları da onları gözləyən təhlükələrə və hüquqsuzluğa qarşı etiraz səsini daha ucadan səsləndirməli bu dəyişikliyin qüvvəyə minməsinə maneçilik törətməlidir.

Bu məsələ təkcə hüquqşünasların məşğul olacaqğı məsələ deyil, qanunvericiliyə edilən bu cür düzəliş bütün vətəndaşları, bütün cəmiyyəti narahat edən məsələdir. Ona görə də heç kəs yaxasını kənara çəkməməlidir


Millət