Şriftin ölçüsü / 65

Rəsmi Bakının ehtiyatlı yanaşması lazımdır

27 Dekabr 2017 [17:52]

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və diplomatik nümayəndəliyin həmin şəhərə köçürülməsi barədə Dövlət Departamentinə təlimat verməsi beynəlxaql aləmdə narahatlıqla qarşılanıb. Avropa Birliyi, Rusiya, eləcə də İslam dövlətləri qərara qarşı çıxıblar. Məncə, qərarın indi verilməsi təkcə Trampın təxribatçı addımlarına bağlı deyil. Burada əsas amil İslam dünyasının indiki pərakəndə durumudur və müqavimət imkanlarının zəiflədilməsidir.

İslam coğrafiyasına diqqət etsəniz görərsizniz ki, ayaq üstə dura bilən və stabilliyini qoruyan ölkə qalmayıb. "Ərəb baharı” adlandırılan dəyişikliklər Şimali Afrikadan tutmuş Yaxın Şərqə qədər bütün dövlətləri idarəolunan xaosa sürüklədi. İraqda, Suriyada, Liviyada, Yəməndə dövlət strukturları sıradan çıxarıldı, Misirdə Amerikaya bağlı hərbçilər hakimiyyətə gətirildi. Körfəz ölkələri Yəməndə müharibəyə sövq edilib və İranla gərgin vəziyyətdədir. Pakistanda, Əfqanıstanda, İndoneziyada, Türkiyədə separatizm və terrorla mübarizyə milyonlarla vəsait ayırmaq məcburiyyətindədir və s. Yəni İslam aləminin indiki ağır və çöküş vəziyyətdə olması Trampın belə bir qərar verməsinə şərait yaratdı və avantura gergəkləşdirildi.

Amma bu qərar ABŞ-a həm də ona görə lazım idi ki, Ərəb və İslam coğrafiyasında, xüsusən də, Yaxın Şərqdə İŞİD-in süqutundan sonra yeni gərginlik və münaqişə ocağı yaratsın. Heç kəsə sirr deyil ki, Trampı prezident Rusiya deyil, Hərbi Sənaye Kompleksi və yəhudi lobbisi gətirdi. Planetimizdə nə qədər müharibə, münaqişə ocağı çox olarsa bu silah istehsalçılarının milyardlarla pul qazanması deməkdir. Bu qərar heç İsrailə də lazım deyil. İsalam aləmi təpkili olsa da, atacağı addımların effektli olacağı o qədər də inandırıcı deyil. Bayaq da dediyim kimi əsasən də Ərəb ölkələri başda körfəz dövlətləri olmaqla ABŞ-in təsri altındadır və onlardan da kəskin addım atılacağını gözləmək sadəlövhlükdür. ABŞ-a qarşı ən böyük və təsirli addım İslam ölkələrində olan ABŞ bazalarının çıxarılması, hərbi və digər əməkdaşlığa son verilməsi olardı. Lakin bunları heç bir dövlət etməyəcək. Qüdsün İsrailin paytaxtı kimi tanınması Yaxın Şərqdə siyasi təzyiqi daha da yüksəldəcəyinə baxmayaraq, bu iri miqyaslı toqquşmalara yaxud da, hansısa ixtilaflara gətirəcəyinə inanmiram. Bəlkə bu qərar İslam coğrafiyası üçün birləşmə firsəti də ola bilər.

Azərbaycana gəlincə isə rəsmi Bakının ehtiyatlı yanaşması lazımdır. Çünki bizim İsraillə sıx əlaqələrimiz var. Xüsusən də, hərbi və iqtisadi əməkdaşlığa xələl gətirə biləcək addımlardan çəkinilməlidir. Amma Trampın daha bir avanturaya 24 aprel qondarma Erməni soyqırımını tanıma haqqında qərar verə biləcəyi təhlükəni də indidən diqqətə almalıyıq /07 dekabr. "Ekspress" qəzeti/


Millət