Şriftin ölçüsü / 398

Təşəbbüs Azərbaycandan gəlməlidir

19 Yanvar 2018 [11:01]
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 Yanvar faciəsinin hələ də layiqincə beynəlxalq hüquqi qiymət almadığını, faciədən qısa müddət sonra Mixail Qarbaçovun Nobül sülh mükafatı almasının anlaşılmaz olduğunu vurğulayıb.

Maraqlıdır, 20 Yanvar olaylarından 28 il keçməsinə baxmayaraq, bu faciəyə hələ də beynəlxalq hüquqi qiymətin verilməməsi nə dərəcədə məntiqlidir? Gec də olsa Azərbaycan faciəyə beynəlxalq hüquqi qiymətin verilməsi üçün hansı addımlar atmalıdır? Məsələnin ölkəmizdən asılı tərəfləri mövcuddurmu?

Moderator.az -a açıqlama verən AMİP lideri Etibar Məmmədov ölkəmizin bu istiqamətdə atmalı olduğu bir sıra addımlar olduğunu vurğuladı:

"Təbii ki, bu faciəyə beynəlxalq hüquqi qiymətin verilməsi üçün təşəbbüs Azərbaycandan gəlməlidir. Faciə müqəssirlərinin cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması ilə bağlı Azərbaycan hökuməti təşəbbüslə çıxış edə bilər. Lakin bildiyim qədəri ilə hələ də belə bir təşəbbüs ortada yoxdur.
Bu faciənin yaşanmasında məsuliyyət daşıyan insanlar haqqında cinayət işinin qaldırılması və onların beynəlxalq axtarışa verilməsi yenə də rəsmi dairələrin səlahiyyətində olan bir məsələdir. Azərbaycan bütün bunları həyata keçirməklə 20 Yanvar faciəsi müqəssirlərinin cəzalandırılmasına, məsələyə beynəlxalq hüquqi qiymət verilməsinə cəhd edə bilər”.


Millət