Şriftin ölçüsü / 510

Zərdüşt Əlizadə elə hesab edir ki

29 Yanvar 2018 [17:13]
Kəramət Böyükçölün "Axar.az” saytı üçün politoloq Zərdüşt götürdüyü müsahibəsi birmənalı qarşılanmayıb. Onun xalq hərəkatı və 20 Yanvarla bağlı səsləndirdiyi fikirlərə AMİP-dən etiaz gəlib.

Partiyanın Siyasi Şurasının üzvü Əli Orucovun saytımıza göndərdiyi yazısında bununla bağlı aşağıdakıları bildirib:

"Zərdüşt Əlizadə həmişə olduğu kimi bu dəfə də yalan və uydurmaları, böhtanları həqiqət kimi sırımağa çalışır. Onun xalq hərəkatını və onun liderlərinə qarşı qarayaxması illərlədir davam edir. Deyəsən, ona biriləri Azərbaycana və xalqa, millətə qarşı küfr və iftira söyləmək vəzifəsi qoyub. Yaxud da bunu etməkdən xoşu gəlir. Cəmiyyətin bir qisminin məlumatsızlığından sui-istifadə edərək cağdaş tariximizin müəyyən dövrünü öz fantaziyalarına uyğun və qərəzli şəkildə təqdim etməyə çalışaraq bildirir ki güya xalq hərkatanın liderləri başda Ə.Elçibəy olmaqla 1990-cı il "20 Yanvar” ərəfəsində zorla rayonlarda hakimiyyəti ələ keçirilməsinə göstəriş veribmiş, yaxud da Bakıya yeridilən sovet tanklarına qarşı əliyalın insanları çıxarmaqla qırğınlara səbəbkar olmuşlar. Mən onun digər məsələlər barədə ittihamlarına toxunmaq istəmirəm və məni üç məsələyə aydınlıq gətirilməsi maraqlandırır.

Hərəkat liderlərini zorakılıqla rayonlarda ələ keçirmədkə ittiham edən Z.Əlizadə deyir: "Bu proses ondan ibarət idi ki, mən Xalq Cəbhəsi İdarə Heyətinin üzvü kimi qışqırırdım ki, zorakılığa getməyin, dövlət orqanlarına hücum etməyin, seçkilərə hazırlaşın, 5-6 aydan sonra seçkidir. Məni qırağa itələdilər. Bəs nə edirdilər? Raykomlara hücum yoluna əl atdılar. Xalq Cəbhəsi rayon təşkilatları 17 rayonda zorakı yolla raykom katiblərini devirdilər. Devirdikləri kimlər idi? Vəzirovun adamları... Qarbaçovun özünə sual vermişdilər ki, nə üçün 20 Yanvar hadisəsi baş verdi? Demişdi ki, Xalq Cəbhəsi 17 raykomu dağıtmışdı”. Lakin bunları söyləyən Zərdüşt Əlizadə unutmamış deyil ki, ilk belə hərəkəti onun silahdaşları həyata keçiriblər. 1990-ci ilin yanvarın 7-də özünün sosial demokrat qrupu ilə AXC sıralarını tərk edən Zərdüşt Əlizadənin müavini olmuş separatçı Əlikrakam Hümbətovun rəhbərliyi ilə 10 yanvarda Lənkaranda zorla hakimiyyətə yiyələnmişlər. Silahdaşlarının bu addəməna Z.Əlizadə etiraz səsini çıxartmamışdı.

Z.Əlizadənin müsahibəsindən daha bir sitat:”Yenə də Xalq Cəbhəsinin yanvar ayının 6-7 konfransında mən çıxış elədim. Dedim ki, yaxınlaşan qanı, zorakılığı və məğlubiyyəti görürəm. Mən adımı bu cinayətə qatmaq istəmirəm, ona görə də istefa verirəm” Yaxşı o zaman sual olunur ki, o, hərəkat liderlərinə intifada başlamaq barədə niyə "məsləhətlər” verirdi və insanlar küçələrə çıxarılaraq Fələstində olduğu kimi ordu və dövlət hakimiyyət strukturları daşa basılmasını istəyirdi. Yaxşı ki, onun bu təhlükəli "məsləhət”lərinə qulaq asan olmayıb, yoxsa 20 Yanvar hadisələri zamanı itkilərimiz qat-qat çox olardı.

Z.Əlizadənin dediyinə görə, Etibar Məmmədov Nazim İmanovun vasitəçiliyi ilə onun qərargahına gəlib görüşüb və bu görüşdə hansısa fikirlər səsləndirərək deyir: "...Nazim İmanov yanıma gəldi, dedi ki, Etibar Məmmədov səninlə görüşmək istəyir. Onda Etibarla münasibətim çox pis idi. Çünki Xalq Cəbhəsində məsələ qaldırmışdım ki, o, burdan qovulsun. Etibar bizim iqamətgaha gəldi. Dedim ki, Etibar, müxalifət seçkini boykot eləyib, amma sən seçkiyə gedirsən, ümid edirsən ki, seçiləcəksən? Dedim ki, bil və agah ol: sən Heydər Əliyevə qalib gələ bilməyəcəksən! Amma xalqın maariflənməsi naminə biz böyük işlər görə bilərik. Sən ermənistanlısan, mən isə bakılı. Gəl xalqa nümunə göstərək ki, müxalifətdə ermənistanlı və bakılı tandemi mümkündür. Sən prezidentliyə gedirsənsə, seçki platformanda məni də elan elə ki, Zərdüşt baş nazir olacaq. Mən də baş nazir kimi öz sosial-demokrat proqramımı irəli sürəcək, Qarabağın dinc yolla həlli, demokratik islahaltlar və s. kimi təkliflər verəcəyəm. Etibar güldü. Dedim ki, əgər razısansa, gəl müqavilə bağlayaq, Sosial Demokrat Partiyası səni dəstəkləsin və mən də öz fəllarımı sənin müvəkkilin kimi işə qoşum. Dedi, yaxşı. Bir müavilə imzaladıq, o müqavilə indi də durur.Onsuz da bilirdim ki, Etibar prezident olmayacaq. Amma xalq bilməli idi ki, müxalifətdə "yerazla bakılı”nın tandemi yarandı. Hətta onun müvəkkili kimi öz tərəfdarlarımı da göndərdim. Amma Nazim İmanov gəlib dedi ki, Etibar deyir, mən Zərdüştün baş nazir olacağını elan eləyə bilmərəm. Dedim, get Etibara de ki, getsin, mənimki məndə, onunku da onda, bir də mənim yanıma gəlməsin. Vəssalam! Bundan başqa mən Etibara heç bir rəsmi dəstək verməmişəm. Amma Etibar özü açıqlama vermişdi ki, məni Sosial Demokratlar Partiyası da müdafiə eləyir. Yalan demişdi.”
Tamamilə ağ yalandır. AMİP dönənəmin ən güclü partiyası, Etibar Məmmədov isə prezidentliyə ən şanslı namizəd idi. Bu 1998-ci il prezident seçkilərində bir daha sübut olundu. İndi olanları tərsinə danışmaq saxtakarlıqdı. Doğrudur, AMİPlə ASDP arasında Etibar Məmmədovun prezidentliyə namizədliyinı dəstəkləmək bardə saziş imzalanıb və Z.Əlizadə Etibar bəyin vəkili kimi seçkilərdə sonədək iştirak edib.Ammasazişdənə Baş Nazir, yaxud da hansısa vəzifənin Əlizadəyə verilməsı haqqında bir kələmə, yaxud razılaşma olmayıb. Buyursun müqaviləni ictimaiyyətə təqdim etsin və yaxud göstərsin ki, o həqiqətən də vəkillikdən imtina edib.Radikallıqda suçladığı Etibar Məmmədovun prezidentliyə namizədliyini müdafiə etməsinə bəraət qazandırmaq üçün yenidən fantaziyasını işə salır. O ki qaldı "ermənistanlı” "bakılı” tandeminə, Etibar Məmmədov da Bakıda anadan olub,böyüyüb və təhsil alıb. Zərdüşt Əlizadə özünü nə qədər "Bakılı” olduğunu iddia edirsə, Etibar Məmmədov da bunu eyni qaydada iddia edə bilər. Bunun heç bir məntiqi əsası və məsələyə adiyyəti yoxdur. İkincisi də regionçuluq məsələsini xüsusi ilə vurğulamq ayrı məqəsədlərə xidmət edir”. Zərdüşt Əlizadə elə hesab edir ki, gənc nəsli öz yanları ilə aldada biləcək”.


Millət