Şriftin ölçüsü / 388

Milli Turizm Təbliğat Bürosundan daha bir yenilik

17 Fevral 2018 [12:49]
Milli Turizm Təbliğat Bürosunun rəsmi www.ntpb.az internet səhifəsi istifadəyə verilib. Milli Turizm Təbliğat Bürosunun  mətbuat katibliyindın "Millət"ə daxil olan məlumata görə, sayt Büronun fəaliyyətini xəbərlər bölməsində geniş şəkildə  işıqlandırır. İnteraktivliyi ilə seçilən saytda ölkəmizdə baş tutacaq önəmli turizm tədbirlərinin siyahısı qeyd olunur.

Bundan əlavə internet istifadəçiləri şəkil və video qalereyaya nəzər  yetirə bilər. Burada Büronun iştirakı ilə baş tutmuş tədbirlərin və fəaliyyətlərin qısa video təqdimatları yerləşdirilir. Ölkə turizminin statistik məlumatları da saytda öz əksini tapıb.

İnternet səhifəsində Milli Turizm Təbliğat Bürosunun nəzarətində olan Salambaku.travel və Azerbaijan.travel saytlarına və eləcə də, aylıq nəşr Baku Guide jurnalına keçidlər mövcuddur.


Nisə Rəhimova