Şriftin ölçüsü / 877

Ermənistan hakim partiyasına AMİP səddi /VİDEO/

21 Fevral 2018 [15:52]

Madriddə müxtəlif sağ və sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının (İDU) növbəti qurultayı keçirilir. Qurultayda Azərbaycan Milli İstiqlal Partiyasını partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev və Gənclər Təşkilatının rəhbəri Ayxan Etibaroğlu (partiyanın lideri Etibar Məmmədovun oğlu) təmsil edir.

BDİ-nin qurultayının gedişində Ermənistanın hakim partiyası Ermənistan Respublikası Partiyasının təşkilata üzvülük məsələsinə baxılmalı idi. Ermənistan Respublikası Partiyasının üzvülüyə namizədliyinin müzakirəsi zamanı Ayxan Etibaroğlu bu partiyanın lideri Ermənistanın prezidenti Serj Sarkisyanın azərbaycan xalqının soyqıyımında iştirakı məsələsini qaldırıb.

"Prezident Sarksiyan biritaniyalı jurnalist Tomas de Vaala deyib ki, "Xocalıyadək azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu streotipləri sındırdırmağı bacardıq. Bax bu baş verdi... Bununla Sarksiyan günahsız insanların, qocaların, qadın və uşaqların qətlə yetirilməsini etiraf edib,” deyən, Ayxan Etibaroğlu tədbir iştirakçılarına müraciət edərək qeyd edib ki, ERP-nın belə nüfuzlu quruma qəbulu yolverilməzdi.

Sonra Ayxan Etibaroğlu qeyd edib ki, qurultayın əsas müzakirə mövzularından biri separatizmin dövlətlərin stabilliyinə yaratdığı təhlükədir. Ermənistan Respublikası Partiyasının nümayəndəsinə müraciət edirək o, bu partiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləmədiyini soruşub.

Ayxan Etibaroğlu deyib: "Azərbaycan və Ermənistan münaqişə vəziyyətindədir. Hesab edirəm ki, bu sualı vermək vacibdir, sizin partiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, yoxsa yox? Bu ərazi bütövlüyü BMT tərəfindən tanınır. Ona görə də bu məsələ ilə bağlı Ermənistanın ictimai fikrini bilmək istəyirəm ".

Ermənistan nümayəndəsi cavabında bildirib ki, dövlətlərin ərazi bütövlüyü məsələsi önəmlidir, eyni zamanda xalqların özmüqəddaratını təyinetmə hüququ da var. Ona görə də Ermənstan Respublikası Partiyası Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımır.

"Ermənistanın nümayəndəsinın sadə sualdan qaçdığını” bildirən, Ayxan Etibaroğlu BDİ-nin bütün tədbir iştirakçılarını dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. /haqqın.az/


Millət