Şriftin ölçüsü / 563

Etibar Məmmədov yenidən BDİ-nin sədr müavini seçildi

26 Fevral 2018 [10:35]

19-22 fevral 2018-ci il tarixlərində İspaniyanın Salamanka və Madrid şəhərlərində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı – Partiya Liderlərinin Toplantısı keçirilmişdir. Qurultayda AMİP-i partiyanın Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev və Gənclər Təşkilatının sədri Ayxan Etibaroğlu təmsil etmişlər.

Dünyanın 100-dən artıq sağ-mərkəz yönlü partiyasını öz ətrafında birləşdirən BDİ-nin 3 ildən bir keçirilən Qurultayının gündəliynə bir çox mühüm məsələlər daxil edilmişdir. Dünyada baş verən qlobal konfliktlər, dövlətlərin təhlükəsizlik məsələləri, separatçı hərəkatlara qarşı mübarizə və bir çox digər məsələlər 3 günlük toplantının əsas müzakirə mövzuları olmuşdur.

Qurultayın sonuncu günü BDİ rəhbərliyinə seçkilər keçirilmiş və Kanadanın sabiq Baş Naziri Stefen Harper növbəti 3 illik müddətə BDİ-nin Sədri seçilmişdir. Eyni vaxtda Sədrin müavinlərinin seçkiləri də keçirilmiş və AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ-nin Sədr müavini seçilmişdir. Həmçinin Horveçin Baş naziri Erna Solberq, Şri Lankanın Baş Naziri Ranil Vikremesinge, Avropa Xalq Partiyasının ( EPP) Prezidenti Josef Doul, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının (ACRE) Sədri Jan Zahardil də yeni seçilmiş Sədr müavinləri sırasındadır. Qurultaya ev sahibliyi edən İspaniyanın hazırda hakimiyyətdə olan Xalq Partiyasının parlament üzvüləri ilə parlamentdə qarşılıqlı fikir mübadilələri olmuş, tədbirin sonunda İspaniyanın Baş Naziri Mariano Roxoy Monkloa sarayanda Qurultay nümayəndələri ilə geniş görüş keçirmişdir


Fərid Pəmbəkli