Şriftin ölçüsü / 369

Mətbuat Şurasının qurultayına az vaxt qaldı

28 Fevral 2018 [18:35]
Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir.

Bu haqda Modern.az-a Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasına üzv qurumların tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı dəqiqləşdirilir.

Eyni zamanda üzv təşkilatlar tərəfindən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq üçün namizədlərin verilməsi prosesi də başa çatmaqdadır.

Jurnalistlərin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi fevralın 5-dən bu günədək üzv təşkilatlarla təmaslar qurub, müvafiq məlumatlandırma işləri aparıb, təşkilatların MŞ İdarə Heyətinə seçilmək üçün qurultayda adları səsvermə bülleteninə daxil ediləcək namizədləri ilə bağlı anketlərinə cavablarını qruplaşdırıb.

Anketlərdə ən çox səs toplamış 24 jurnalist, 18 ictimaiyyət nümayəndəsi və 9 internet informasiya resursu təmsilçisi olan namizədin adının yer aldığı vahid seçki bülleteni tərtib ediləcək.

İndiyədək qurultayda iştirak etmək üçün 170 təşkilatdan 205 nümayəndə qeydiyyatdan keçib.



Asya