Şriftin ölçüsü / 119

Işğaldakı torpaqları azad etmək Azərbaycanın qarşısında dayanan ən başlıca vəzifədir

20 Aprel 2018 [13:49]
Ermənistanda etirazların hər ötən gün güclənməsi proseslərin yaxın günlərdə daha qanlı məcraya yön alacağı ilə bağlı proqnozlara səbəb olmaqdadır. Bəs Ermənistanda daxili qarşıdurmanın güclənməsi Azərbaycana Qarabağ probleminin həllində əlavə situmul verə bilərmi?

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov Ermənistanda vəziyyətin gərgin olmasının ölkəmizin maraqlarına uyğun olduğunu vurğuladı:

"Işğaldakı torpaqları azad etmək Azərbaycanın qarşısında dayanan ən başlıca vəzifədir. Təbii ki, düşmənin daxilində vəziyyət pis olarsa, bu, Azərbaycan üçün məsələnin həllini bir qədər yüngüllşdirə bilər. Şübhəsiz, düşmənin vəziyyəti nə qədər pis olsa, o qədər yaxşıdır. Ancaq bir tək bu faktor problemin həllində mühüm rol oynamır. Bunu da nəzərə almağımız vacibdir


Millət