Şriftin ölçüsü / 62

Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib

20 Aprel 2018 [14:03]
Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən indiyə qədər Bakı Metropoliteni stansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.


Millət