Şriftin ölçüsü / 21

Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini məhkəmə qarşısında

16 May 2018 [14:23]

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Məhəmməd Vəliyevin və Cavan Əhmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hrsab edilməsini istəyib.

Məhkəmə iclası mayın 23-nə təyin edilib.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblır.


Millət