Şriftin ölçüsü / 30

İran dollardan imtina edir

16 May 2018 [14:37]
Avropa İttifaqı (Aİ) İranla ticarət mübadiləsi zamanı ABŞ dollarından imtina edərək avroya keçmək niyyətindədir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldəki (Belçika) diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, söhbət, ilk növbədə, neft, qaz və neft məhsullarının alış-veriş zamanı həyata keçirilən ticarət əməliyyatlarından gedir.

Qeyd edək ki, bundan öncə İranın "Avropa üçlüyü" ölkələri ilə (Böyük Britaniya, Almaniya, Fransa), ABŞ-ın "nüvə sazişi"ndən çıxmasına cavab olaraq iqtisadi əlaqələrin gücləndirilməsinə dəstək proqramı hazırladığı məlum olub.


Millət