Dövlət Gömrük Komitəsində (DGK) "dərman
mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan məhşur generallarının hələ də
istintaqdan kənar gəzməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə zərurət
yaradır.
Dərmanlar ölkəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
rəisi Sadiq Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Tibbi Xidmət İdarəsinin
rəisi Fikrət Qədiməliyev isə onları başqa adlar altında rəsmiləşdirilərək ən
müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirsə də, onlar hələ də
azadlıqdadır. Halbuki "dərman mafiyası” üçbucağının bir tərəfində
Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb.
Qaçaqmalçılıq işləri üzrə məhkəmə
təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun qərarı var ki, şəxs malların və digər
əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki,
şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan
etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan
gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma
yolu ilə istifadə etmiş olsun.
Bəzi istisnaları nəzərə
almaqla, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən
kənar, yəni gömrük məntəqələrindən kənar və ya iş vaxtından sonra, yaxud da
gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən
qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır.
S.Abduyevindərmanqaçaqmalçılığındanbaşqadigərqiymətliməhsullarınmanapoliyasınanəzarətedib. Qaçaq yolu ilə həmin malların ölkəyə gətirilməsi
birbaşa onun rəhbərlik etdiyi idarədən başlayıb. Bəs belə olan halda o, məsuliyyətdən
bu vaxta kimi necə yayına bilib? Bunun da səbəbi məhşur generalla qohum
olmasıdır.
Yadınızdadırsa, Sadiq Abduyevin fövqəladə hallar
naziri Kəmaləddin Heydərovun həyat yoldaşının doğma xalası oğlu olması barədə xəbər
vermişdik. Aprelin 30-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən "dərman
mafiyası”na qarşı əməliyyat keçirəndən sonra S.Abduyev istintaqa cəlb olunub,
ifadəsi də alınıb. Lakin nazirlə qohumluğu onu istintaqdan xilas edib.
Məlumatlar var ki, S.Abdıyev saxlanılarkən K.Heydərov
Dubayda olub. Qohumunun həbsinə görə səfərini yarımçıq başa vuraraq ölkəyə
dönüb və S.Abdulovu həbsdən xilas edib. Onun əvəzində istintaqa ölkəyə mal
buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Məsələn onun rəhbərlik
etdiyi idarədən heç bir səlahiyyəti olmayan Əlamət Quliyev həbs edilib.
Sadiq Abduyev isə sanki heç komitədə yüksək post
tutmayıb, "dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə "dərman
mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev
işləyiblər.
Adının çəkilməsini istəməyən iş adamı Criminal.az
saytına bildirib ki, məlum ''dərman mafiyası'' ifşa olunmamışdan az əvvəl
xaricdən ölkəyə gətirdiyi dərmanlar gömrükdə saxlanılıb. Həmin şəxs birbaşa
S.Abduyevin qəbulunda olub. General ona bildirib ki, ölkəyə gətirdiyi dərmanlar
yerli apteklərdə invoysda göstəriləndən daha baha satılır və buna görə əlavə ödəniş
etməlidir. Bu məsələ DGK-nin sabiq sədri Aydın Əliyevə qədər gedib çıxsa da, həmin
iş adamı sonda gömrükçülərin tələb etdiyi məbləği verməli olub.
Saytımıza daxil olan məlumatda iddia olunur ki,
S.Abdulov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi təyin olunana qədər
Saray kəndində yataqxanada yaşayırmış. Hazırda isə onun təkcə Neftçilər
prospektindəki mənzilinin qiyməti 4 milon manat dəyərindədir.
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli
şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra,
mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş
Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev
sərəncama götürülüblər. Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas
fiqurant kimi çəkilir. Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük
İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o
da yaxasını istintaqdan kənar tuta bilib. Onun da istintaqdan kənar gəlzməsi
K.Heydərova qohumluğu ilə əlaqələndirilir.
S.Abduyevin əməlləri təkcə ''dərman mafiyası''na
bağlılığı ilə bitmir. Belə məlumatlar da var ki, S.Abduyev qızıl-briliyant,
qiymətli qızıl güllərin gömrükdən qeydiyat aparılmadan qaçaq yolla ölkəyə daxil
olmasına şərait yaradıb. Hazırda DTX-da davam edən cinayət işi üzrə toplanmış
ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən
sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin
qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli,
Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur,
Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq
Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz
dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri
ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan
tədbiri seçilib.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə
mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini
tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum
olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən
dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən
olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov
2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə
qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli
şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında
Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa
məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə
qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin
25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük
nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə
çatdırılmasını təmin ediblər.