Şriftin ölçüsü / 769

PKK-ya ağır zərbə

06 Iyun 2018 [15:36]
Türkiyə Silahlı Qüvvələrinin Qəndilə hücum edəcəyi xəbərini eşidən PKK terror qruplaşması təşvişə düşüb.

Axar.az xəbər verir ki, Afrində 5 minə yaxın terrorçunu məhv edən TSQ-nın hücum hazırlıqlarından xəbər tutan qruplaşma liderləri bir-birinin ardınca açıqlamalar yayır.

Qəndildə gizlənən PKK liderləri Mustafa Qarasu və Cəmil Bayık kameraların qarşısına keçib. Türkiyənin hazırlıqlarından xəbərdar olduqlarını ifadə edən terrorçu liderləri Avropadan kömək istəyiblər.

Bölgədə TSQ-nın aktivliyinin artması səbəbi ilə Cəmil Bayık və Murad Qarailan kimi bir çox PKK liderinin Qəndildən qaçdığı da iddia olunub.

Türkiyənin PKK-nın beşiyində həyata keçirəcəyi əməliyyatın təməlində "Bölgəni azad edib, sonradan geri çəkilmək əvəzinə terroru mənbəyində məhvetmə” ideyasının dayanacağı bildirilib.


Millət