Şriftin ölçüsü / 316

Etibar Məmmədov məşhur cərrah Sadiq Həmzəyevi təbrik etdi

14 Iyun 2018 [20:52]

AMİP lideri Etibar Məmmədov tanınmış həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Sadiq Həmzəyevi 55 illik yubleyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Sadiq bəy!

Sizi 55 illik yubleyiniz münasibəti ilə təbrik edir, Sizə ən xoş arzularımı bildirir, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da müvəffəqiyyətlər arzulayıram.

Siz xalqımızın dəyərli və ziyalı övladı olaraq Milli Azadlıq Hərəkatının uğurla başa çatması və ölkəmizin yenidən müstəqilliyinə qovuşması uğrunda mübarizəyə qoşularaq bu yolda fədakarlıq göstərmisiniz. Sizin kimi qorxmaz və vətənpərvər insanların sayəsində Azərbaycan istiqlalını və istiqrarını əldə edə bildi. Siyasi prioseslərə qatılmağınız çox mürəkkəb və çətin dönəmlərdə olsa da, qısa zaman kəsiyində özünüzü təcrübəli bir siyasətçi kimi göstərə bildiniz. Ölkənin ilk siyasi partiyası olan AMİP-dəkı fəaliyyətiniz və xidmətləriniz yüksək qiymətləndirilir. Sizə etimad göstərilərək partiyanın müxtəlif seçkili orqanlarına seçilmiş və məsul vəzifələrə irəli çəkilmisiniz. Siz üzərinizə götürüdüyünüz vəzifələri və partiya tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmisiniz.

Səmimiyyətiniz, yüksək əxlaqı keyfiyyətinizlə özünüzə çoxlu dostlar qazanmısınız. Daşıdığınız ali dəyərlərə və ideyalara sadiqliyiniz, buna dərin inamınız Sizi daha da əyilməz və əzmkar edib. Siz bir həkim kimi təkcə insanların deyil, bütünlükdə cəmiyyətin sağlamlaşması və saflaşması üçün yorulmadan çalışırsınız.

İnanıram ki, biz birlikdə AMİP ailəsi olaraq Azərbaycanın bütövləşməsinə, böyüməsinə, çiçəklənməsinə , demokratikləşməsinə və qüdrətlənməsinə nail ola biləcəyik.

Etibar Məmmədov

AMİP lideri

Bakı şəhəri, 14 iyun 2018-ci il


Millət