Şriftin ölçüsü / 77

Müdafiə xərcləri artırılır

22 Iyun 2018 [18:25]
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, layihəyə görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manatdan 22 milyard 110 milyon manata; xərcləri 20 milyard 47 milyon manatdan 23 milyard 61 milyon manata qaldırılır.

Büdcənin mədaxil mənbələrində dəyişikliklər edilir. Dövlət Neft Fondundan büdcəyə köçürmənin yuxarı həddi 9 milyard 216 milyon manatdan 10 milyard 966 milyon manata çatdırılır.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolma 2 milyard 533 milyon manata yüksəlir, əlavə dəyər vergisi üzrə daxilolma isə 4 milyard 26 milyon manata düşür.

Azərbaycana malların idxalına görə əlavə dəyər vergisi üzrə daxilolma 2 milyard 213 milyon manata, gömrük rüsumları üzrə daxilolma 740 milyon manata qalxır.

Xərclər istiqamətində də yeniliklər var. Məsələn, müdafiə xərcləri 2,7 milyard manatdan 2,9 milyard manata qaldırılır.


Millət