Şriftin ölçüsü / 340

Bu, sadəcə dövlətin işi deyil.

03 Iyul 2018 [14:30]

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ifşa edən Bolqarıstan televiziyası və sözügedən verilişin jurnalisti ermənilər tərəfindən ciddi təzyiqə məruz qalıb.

Məlumat üçün qeyd edək ki, bundan öncə də dünyanın müxtəlif ölkələrində Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini müdafiə edən jurnalistlər, siyasilər, tarixçilər, sənət adamları ermənilərin mütəmadi basqısına məruz qalıb.

Ölkəmizin maraqlarını qoruduğu, onun haqq işinə dəstək verdiyi üçün ermənilər tərəfindən təzyiqə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı vahid dövlət strategiyası və porqramının işlənib hazırlanmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov hesab edir ki, bu məsələdə bütün qurum və şəxslərin imkanlarından istifadə zəruridir:

"Bu, sadəcə dövlətin işi deyil. Təəssüflər olsun ki, bizdə bəzi məmurlar belə hesab edir ki, bununla ancaq dövlət məşğul olmalıdır. Hesab edirəm ki, ictimai təşkilatlar, ictimai xadimlər də bu işə cəlb edilməlidir. Dövlət bu məsələdə istiqamət verməlidir. Bu sahədə bütün qurumların imkanlarından istifadə etmək lazımdır. Həm dövlət, həm ictimai orqanlar, həm də siyasi təşkilatlar bu məsələdə yaxından iştirak etməlidir. Dövlət istiqamətverici və dəstəkverici rolda çıxış etməlidir”.


Millət