Şriftin ölçüsü / 246

İllərlə eşitdiyimiz şablon sözlər yox, xalqın iradəsi və hikkəsi lazımdır

04 Iyul 2018 [16:00]
2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza səbəbindən Bakı və Gəncə də daxil olmaqla bir çox bölgələrə elektrik enerjisnin verilməsi dayanmış bu isə cəmiyyətdə ciddi narahatlıq və narazılıqlar yaratmışdır.

Cəmiyyətin müxtəlif təbəqələrindən də istər sosial şəbəkələrdə, istərsə də mediada təpkilər gəlməkdədir.

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bu qəzanın sıradan bir qəza deyil və bunu ölkənin təhlükəsizliyi baxımdan qorxulu hadisə kimi dəyərləndirib:

"Dünən gecə Azərbaycan İES-in yarımstansiyalarının birində baş verən qəza təkcə paytaxtı və digər bölgələri qaranlıqda qoymadı, bu hadisə bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Azərbaycanda elektrik enerjisinin hasilatına yüz milyonlarla xərc çəkilib, xalq aldadılıb. Özünü enerji ölkəsi və Qərbin enerji təhlükəsizlyinin təminatçısı adlandıran bir ölkənin bir cərəyan transformatorundan asılılığı düşündürücüdür. Bu qəza həm də həyacan siqnalı verdi ki, Azərbaycanın strateji sahələrdə, xüsusən də enerji təhlükəsizliyi qorunmur. Halbuki indiyədək alternativ və ehtiyat mənbələr hazır vəziyyətə gətirilməli idi. Bir neçə il qabaq 20 milyondan çox vəsait xərcləyib güya günəş enerjisi əldə edəcəkdilər. Bunun üçün Bakının yaxınlığında günəş batareyaları quraşdırıldı. Lakin təəssüflər olsun ki, pullar havaya sovruldu, həmin avadanlıqlar quraşdırılmadı. Ölkədə enerji hasilatının 80-90 faizi üzvi maddələrdən, neft məhsulları və qazdan alınır. Burada da çox vahim mənzərə yaranıb.

"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 14 fevral 2015-ci ildə prezident tərəfindən təsdiq edilən dövlət proqramında-Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək; yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək; enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək; yanacaq-enerji sektorunda sağlam rəqabət mühitini formalaşdırmaqn nəzrdə tutulsa da görünən o ki, həmin proqram həyata keçməyib. 1 kvts elektrik enerjisinin istehsalına sərf olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək endirilməsi istiqamətində iş aparılması nəzərdə tutulsa da buna da əməl edilməyib. Dünyanın heç bir yerində 1 kvts elektrik enerjisinin istehsaılna sərf olunacaq şərti yanacaq vahidi 380-400 qram deyil. Bu başdan ayağa korrupsiya, israfçılıq və dövlətin talan edilməsidir. Hələ bura yeni elektroenergetika sistemiə ayrılan külli miqdarda investisiyaları, dotasiyaları və digər vəsaitləri əlavə etsək milyardlarla pulun mənimsədildiyinin açıq aydın görə bilərik. Təbii ki, bu dövlətdən və xalqdan oğurlanmış milyardları təkcə "Azərenerji” ASC-nin prezidenti Etibar Priverdiyevin, yaxud da Energetika Nazirliyinin ayağına yazmaq tam ədalətsizlik olardı. Onlar sadəcə iştirakçı və icraçıdırlar.

Dünyanın inkişaf etmiş ölkələri bərpa olunan enerji mənbələrinə, günəş, külək və s. üstünlük verdikləri halda Azərbaycan bu alternativ və ekoloji cəhətdən təmiz olan mənbələrə maraq göstərmir. Niyə? Çünki burada külli miqdarda talançılıq və yeyinti yoxdur. Milyardlarla üzvi maddələri, mazut və təbii qaz kimi yanacağı istehlak pərdəsi ilə balansdan silmək, yaxud da satmaq olmur. Azərbaycan iqtidarına iqtisadi səmərəlilik deyil, yeyinti, mənimsəmə mənbələri lazımdır ki, buna da hər zaman nail ola bilirlər.

Elektroenergetika çağdaş dövrümüzün ETİ-də o dərəcə inkişaf və yayılıb ki, hətta ictimai-sosial, məişət həyatımızı onsuz təsəvvür edə bilmirik. Elektrik olmayanda sanki həyat dayanır. Eyni zamanda ölkənin müdafiə qabiliyyəti də, iqtisadiyyatı da bilavasitə bu sahəyə bağlıdır. Siz təsəvvür edin, düşmən Azərbaycan İEM-inin hansısa transformatrına zərbə endirdi. İndiki vəziyyətlə müqayisə etsəniz hansı vahim nəticələr yaradacağını təsəvvür etmək mümkün deyil. Ölkə cəmi düşmənin bir zərbəsi ilə tam çıxılmaz və müdafiəsiz halda qalır. Halbuki ehtiyat variatlar və mənbələr hazır olmalı idi və buna ayrılımış vəsaitlər də yoxa çıxıb. Qərbin enerji şaxələndirilməsində və təhlükəsizliyində müstəsna rolundan danışan iqtidar dövlətin bu problemini diqqətdən kənarda qoyub. Bəzi məlumatlara inansaq hətta vacib obyektər olan xəstəxanalarda, metrolarda, həyati və təhlükəsizlik əhəmiyyəti daşyan müəssisə və obyektlərdə generatorlar quraşdırılmayıb. Yaxud da işə salınması mümkün olmayıb. Yenə korrupsiya və mənimsəmə. Hakimiyyətin bəzi məmurlarının bu acgözlüyündən və məsuliyyətsizliyindən Azərbaycan xalqı və dövləti ziyana salınıb. Hamı səksəkə içindədir. Azərbaycan dövləti və xalqı ETİBARLI qorunmur".

AMİP yetkilisi daha sonra deyib:

"Prezident "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Bu komissiya nəyi araşdıracaq və nə tədbir görəcək? Komissiya üzvlərinin tərkibində olan məmurların bəziləri istisna olunmaqla qalanları bu qəzaya görə məsuliyyət daşıyırlar. Ona görə də qabaqcadan deyirəm ki, bu komissiya heç bir müsbət iş də görməyəcək, məsuliyyət, cavabdehlik də olmayacaq. İkincisi də gərək hansı bir hadisə baş versin, ölkə silkələnsin ki, prezident nəzarətə götürüb hansısa dövlət komissiyası yaratsın?! Yüzlərlə belə komissiyalar yaradılıb, nə dəyişib ki? Heç nə. Ölkədə ciddi, kardinal dəyişikliklər və inkişaf üçün prezidentin yaratdığı komissiyaların "işi” və yaxud "nəzrətə götürüb”, "göstəriş verib” "tapşırıq verib” kimi illərlə eşitdiyimiz şablon sözlər yox, xalqın iradəsi və hikkəsi lazımdır. Xalq bu məmurların, bu sistemin işığını birdəfəlik söndürüb, qazını almasa, bax beləcə günün birində işıqsız və qazsız qalmaqda davam edəcək”


Millət