Şriftin ölçüsü / 63

“Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

18 Iyul 2018 [17:16]

AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim etdiyi "Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, təbiət və texniki elmlər sahəsini əhatə edən jurnalın yeni sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların apardıqları tədqiqatların nəticələri kimya, biologiya, fizika, astronomiya bölmələrində işıqlandırılıb.

Jurnalda "Normal şəraitdə sürmə (III) oksidin nanohissəciklərinin alınması”, "Naxçıvan Muxtar Respublikası yeraltı sularının mənşəyi və formalaşma şəraiti”, "Təbii Naxçıvan mineralı əsasında NaOH mühitində ZK-4 seolitinin sintezi”, "Naxçıvan Muxtar Respublikası şəraitində sarıkök bitkisinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi”, "Naxçıvan Muxtar Respublikası şəraitində payızlıq buğdaların abiotik amillərə qarşı davamlığının öyrənilməsi”, "Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisi xəstəliklərinin məhsuldarlığa təsirinin öyrənilməsi”, "Hündürlükdən asılı olaraq Naxçıvan Muxtar Respublikasının çaylarının enerji ehtiyatları” və digər başlıqlı məqalələr əksini tapıb.
Müəlliflərin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadların ədəbiyyat siyahısı da jurnalda göstərilib.




Millət