Şriftin ölçüsü / 435

Bayrağımız Tanrının, Hayatın və İnsanın rəmzidir.

13 Sentyabr 2018 [15:33]

Azərbaycan Bayrağının rəngləri haqqında rəsmi açılıma baxmayaraq, mübahisələr səngimir. Rəsmi açılım "Türkləşmə, Çağdaşlaşma, İslamlaşma”, Böyük Türk Maarifçisi Əli Bəy Hüseynzadənin "Türk qanlı, islam inamlı, firəng (avropa) libaslı” nəzəriyyəsinə asaslanır. Amma çox qəribədir ki, bayraq yarananda nəzəriyyədən fərqli olaraq çağdaşlıqla islamın yeri dəyişdirilmişdi. Bəs bunun səbəbi nə idi?
Qədim bir mif var: Göylə yer birləşdi, dunyada Hayat yarandı. Bu mif Türklərdə, Elladada, Marilərdə və başqa xalqlarda var idi. Bu mif Bayrağımızın rənglərində verilib.
Göy- Sama rəngidir.Qədim insan göyə Ata kimi baxırdı. Çünkü, göy bir ata kimi həm torpağa, həm də bütün canlılara (balalarına) qayğı göstərir, yaşamaq üçün lazım olan durumu yaradır. Göy Ata qəzəblənir, həm Ana torpağı, həm də balalarını cazalandırır. Fəqət heç vaxt onlardan üz döndərmir. Çünkü Göy Yerdən üz döndərsə, Hayat məhv olar.
Göy sözünün ilkin şəkli qaqdır. Qaq iki sözün- qa (ucalıq) və aq (od, işıq, güc, qüvvə) sözlərinin birliyindən yaranıb. Anlamı Uca Od, Tanrıdır.
Qədim Türklər Tanrını Göy Tanrı, özlərini isə Göytürk adlandırırdılar. Bununla da onlar İnsanın Tanrının, Mütləqin bir parçası, balası, törəməsi olduğunu təsdiqləyiblər.
Yaşıl-otun, Torpağın rəngidir. Əgər Göy Torpağa və balalarına lazımı durumu yaradırsa, Ana Torpaq bala doğurur, onları yedirir, qoynunda qızdırır, bir sözlə Analıq edir. İnsan da Torpağı Ana kimi qabul etdi.
İslam dininin bayrağının yaşıl rəngdə olması bununla bağlıdır. İslam dini Ərəbistan yaramadasında, yəni sahra ölkəsində yaranıb. İnsanlar 100 km-lərlə yol gedir və bir yaşıl yarpağa belə rast gəlmirdilər. Sahrada dəvələrin belə yemədiyi, dadı zəhər kimi acı olan zaqqumdan başqa heç bir meyvə yetişmir. Zaqqumun adı "Quran”da Cəhənnəm meyvəsi kimi çəkilir. Bununla da Yaşılın Hayat rəngi olduğu bir daha təsdiqləndi.
Qırmızı-bu ata Göylə Ana torpağın birliyindən yaranmış Hayatdır- bizik. Gənclik, güc, qüvvə, çağdaşlıq, qalxınma deməkdir. Gənclik insanın qanının qaynayan vaxtıdır. Əbəs yerə gənclərə dəliqanlı demirlər.
Qirmızı döyüş, savaş rəngidir. Tarixdə bir çox harakatların (istər milli-azadlıq, istərsə də inqilabi) bir neçə dövlətin bayrağı qırmızı olub və bu gün də var.
Səkkiz bucaq ulduz əslində həm günəş, həm də iki xaçın birliyidir. Ulu babalarımızın xaça Tanrının, günəşin, odun, ışığın rəmzi kimi baxırdılar. İki xaçın birliyi bu gücün iki qatı deməkdir. İnsan bədənində xaç daşıdığı üçün Tanrının, Mütləqin rəmzinə çevrilib. Yaradıcılıq Tanrı əməli sayılır. Yer üzündə yaratmağı bacaran tək canlı İnsandır. Dahi Azərbaycan Türk filosofu, Mütləqə İnamın yaradıcısı Peyğəmbər Asif Atanın İnsana verdiyi tərif bu fikirləri təsdiqləyir: "İnsan özündə Mütləqilik gəzdirən bu səbəbdən də şəraitdən, mühitdən, cəmiyyətdən üstün olan, Mütləqiləşməyə can atan və Mütləqiləşməyə qadir olan Ruhani varlıqdır.”
Beləliklə, xaça nifrət etmək Tanrıya, Hayata, İnsana (həmçinin özünə) nifrət etməkdir. O ku qaldı xaçın xristianlıqla bağlanmasına, yəni İsanın çarmıxa çəkilməsinə -İsanı T şəkilli bir dirəkdə edam ediblər. Bu Roma dövlətinin ən dəhşətli caza növü idi.
Türklər xaçın qutsallığını xalça, şəbəkə sənətində və coğrafi adlarda göstəriblər. Hatta İslam dini də bunu əngəlləyə bilməyib.
Günəşin səkkiz bucaq olması haqqında ən geniş yayılmış nağıl- cənnətin səkkiz qapısıdır. Əlbəttə ki bu yalnız nağıldır. Əslində isə araşdırmalar başqa şey göstərir:
1.Yuxarıda göstərdiyim kimi günəş iki xaçın birliyidir.
2. Səkkiz sonsuzluğun rəmzidir.
Ay- doğum, yaranış, törənişdir. Ay öz gücünü və ışığını günəşdən alır. Beləliklə, Bayrağın açımı odur ku, Hayat və İnsanlıq əbədidir, sonsuzdur.
S.A. Bayrağımızın yaradıcısı, Ulu Öndərimiz M.Ə Rəsulzadə görünür kü, bu mifi bilirmiş, fəqət zamanın tələbini nəzərə alaraq açımını verə bilməyib.

2 eylül 2018




Yaşar Türk-Azər