Şriftin ölçüsü / 567

AMİP təşkilat sədri "Tərəqqi" medalı ilə təltif edildi

23 Oktyabr 2018 [16:31]
Prezident İlham Əliyev 20 oktyabr 2018-ci il tarixdə Azərbaycan dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir sıra  şəxslər təltif edilib. Sevindirici haldır ki, təltif edilən şəxslər arasında AMİP Xətai Rayon Təşkilatının sədri veteran dənizçi Kərəm Məmmədov da var. Prezidentin həmin sərəncamı ilə Kərəm bəy "Tərəqqi" medalı ilə təltif edilib. K.Məmmədov Sovet Ordusnun 1990-ci il 20 Yanvar qırğınları zamanı hərbi donanmanın dənizdən şəhərə girməsinin qarşısının alınmasında və bu faciənin beynəlxalq aləmə çatdırılmasında müstəsna rol oynayan Xəzər Dəniz Gəmiçiliyinin cəsur təşkilatçılarından biri olub.  O, gəmi kapitanlarından biri olaraq gəmilərdən "SOS" siqnalının verilməsinin təşəbbüskarı kimi Bakıdakı gülləbaranların dünyaya çatırılmasına nail olub. K.Məmmədov sonralar bu hadisələri özünün qələmə aldığı və populyarlıq qazandığı "Mən tarana gedirəm" kitabında əks etdirib.

AMİP lideri Etibar Məmmədov Kərəm Məmmədovu "Tərəqqi" medalı ilə təltif edilməsi münasibəti ilə təbrik edib. Biz də bu təbrikə qoşuluruq. 


Fərid Pəmbəkli