Şriftin ölçüsü / 499

Məmurların üzərində ictimai nəzarətin olması mütləqdir

24 Oktyabr 2018 [15:11]
Bu günlərdə millət vəkili Fazil Mustafa mediaya verdiyi açıqlamada məmurlar üzərində parlament nəzarətinin tətbiq edilməsinin vacibliyi ilə bağlı təklif səsləndirib. Hörmətli millət vəkili hesab edir ki, belə bir nəzarət mexanizminin işlək vəziyyətə gətirilməsi qanunun tələblərini pozan, öz fəaliyyətində neqativ əməllərə yol verən məmurların vaxtında aşkar edilməsinə, onların qanunsuz əməllərinin zamanında ifaş olunmasına şərait yarada bilər.

Millət vəkilinin səsləndirdiyi bu fikir dövlət qurumları, bu qurumlarda yüksək vəzifə tutan məmurlar üzərində ictimai nəzarətin vacibliyi zərurətini yenidən gündəmə gətirib.

Məmurlar üzərində parlament nəzarəti tətbiq edilməlidirmi? İctimai nəzarətin əsas mexanizmlərindən biri kimi medianın da bu prosesdə rolunun artırılmasına ehtiyac varmı? Belə bir nəzarət sistemi məmur özbaşınalıqlarının qarşısını az və ya çox dərəcədə ala, qanunsuz əməllərin vaxtında aşkara çıxarılmasına kömək edə biləmi?

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov parlament nəzarətinin çoxdan tətbiq edilməsi gərəkdiyini vurğuladı. E.Məmmədovun sözlərinə görə, heç bir hökumət üzvü parlament qarşısında hesabatlı olduğunu unutmamalıdır:

"Məmurların korrupsiya ilə məşğul olması, qanunlara riayyət etməməsi gizli şey deyil. Çünki onların üzərində nəzarət yoxdur. Belə bir nəzarət qanunda nəzərdə tutulsa da, reallıqda lazımi səviyyədə həyata keçirilmir.

Əslində parlament nəzarəti çoxdan olmalı idi. Çünki hökumət parlament qarşısında hesabatlı olmayanda, hökumət üzvü olan məmurlar da istədiklərini edirlər.

Media nəzarəti də ictimai nəzarətə daxildir. Bütün hallarda məmurların üzərində ictimai nəzarətin olması mütləqdir. Lakin təəssüflər olsun ki, belə bir nəzarət həyata keçirilmir. Mediada səslənən məsələlər haqqında hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli, qanun çərçivəsində zəruri addımlar atmalıdır. Qanunda nəzərəd tutulub ki, hər hansı bir məmurun korrupsiya ilə məşğul olması, qanunun tələbini pozması və s. haqqında mediada hər hansı bir məlumat yer alarsa, o zaman əlaqədar orqanlar bu informasiyanı, orada yer alan iddiaları araşdırmalıdır”.

AMİP liderinin sözlərinə görə, məhz mediada yer alan informasiyalara əlaqədar dövlət qurumları tərəfindən lazımi reaksiyanın verilməməsi, medianın ictimai nəzarət mexanizmi kimi roluna mənfi təsir edir:

"Ancaq təəssüflər olsun ki, ölkəmizdə mediada bəzi məmurlar, onların yol verdikləri qanunsuzluqlar haqqında müəyyən məlumatlar yer alsa da, bu yazılanların araşdırılması ilə bağlı hər hansı hərəkətlilik gözə dəymir. Buna görə də bunların parlamentdə müzakirə edilməsi də, ictimai nəzarətin gücləndirilməsi də məqsədəuyğun olardı. Ancaq ilk növbədə qanun əsasında bu nəzarəti həyata keçirməli olan oranların işini gücləndirmək lazımdır”.


Millət