Şriftin ölçüsü / 429

Fransadan Səudiyyə kralına tələb

25 Oktyabr 2018 [15:13]

Fransa prezidenti Emmanüel Makron Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səud ilə telefon söhbəti zamanı jurnalist Camal Kaşıkçının Krallığın İstanbuldakı konsulluğunda ölümü ilə bağlı aparılan istintaqın detalları açıqlamağı tələb edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Franc-Press" məlumat yayıb.

"Fransa prezidenti Kaşıkçının ölümü ilə bağlı böyük narazılığını bildirib və kraldan işin təfərrüatlarını açıqlamağı tələb edib", - deyə Yelisey sarayının yaydığı kommünikedə bildirilir.

Makron həmçinin jurnalistin ölümündə müqəssir bilinən şəxslərə qarşı tətbiq edilə biləcək beynəlxalq sanksiyalara qoşulacağını vəd edib.


Millət