Şriftin ölçüsü / 434

Hazırda raket kompleksinə xidmət edəcək heyəti yığmaqla məşğuluq

25 Oktyabr 2018 [15:19]
Türkiyənin Rusiyadan alınacaq S-400 zenit-raket kompleksi 2019-cu ilin oktyabrından etibarən quraşdırılmasına başlanılacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar deyib.

"Hazırda raket kompleksinə xidmət edəcək heyəti yığmaqla məşğuluq. Heyət 2019-cu ilin əvvəlində S-400-lə işləməyi öyrənmək üçün Rusiyaya göndəriləcək. Orada lazımı bilik və təcrübə əldə etdikdən sonra geri dönüb fəaliyyət başlayacaqlar”- nazir bildirib.

Türkiyə 2017-ci ilin dekabrında Rusiya ilə S-400 zenit-raket kompleksi almaq barədə saziş imzalayıb. Sazişə əsasən, Ankara iki batareya S-400 zenit-raket kompleksi almaq niyətindədir.

Onu da qeyd edək ki, başda ABŞ olmaqla NATO Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi almasına qarşı çıxıb və bunu dəfələrlə bəyan edib.



Millət