Şriftin ölçüsü / 432

Şahzadənin taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır

25 Oktyabr 2018 [15:21]
İngiltərənin "The Quardian” qəzeti öldürülən jurnalist Camal Qaşıqçı olayından sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəlihəd şahazdəsi Məhəmməd bin Salman arasındakı münasibətləri araşdıran analiz yazısı dərc edib.

Avropa.info xəbər verir ki, qəzetin diplomatiya redaktoru Patrik Vintourun imzası ilə dərc olunan yazıda Türkiyənin Səudiyyə konsulluğunu dinlətdiyi bildirilir.

"Türkiyə Səudiyyə konsulluğunu dinlədib, lakin orada baş verənləri rəsmən açıqlaya bilməz. Türkiyə bu səbəblə məlumatları anonim mənbələrdən hökumətyönlü mətbuata sızdırmağa üstünlük verir. Şahzadə Məhəmmədin müşaviri Səud əl Kahtaninin cinayəti Skayb vasitəsi ilə yönəltdiyi haqda xəbərləri buna misal göstərmək olar.

Ərdoğan Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdən məharətlə faydalanır. Türklər olayla bağlı mürəkkəb bir istintaq aparır və Ərdoğan da addımlarını çox diqqətli atır. Ərdoğan dünənki çıxışında yalnız dəqiqləşən dəlillər üzərindən danışacağını deyib. Lakin Ərdoğanın Qaşıqçının cəsədinin harada olduğuna dair sualları və ya Səudiyyə Ərəbistanının İstanbuldakı "yerli tərəfdaşının” kim olduğuna dair sulları, onun Kral Salmanın oğluna vermək istədiyi suallardır.

Ərdoğan Kral Salmanın istintaqla əməkdaşlıq etdiyini və səmimi olduğunu söyləsə də, vəliəhd şahzadə üçün eynisini demədi. Ərdoğanın çıxışı sanki vəliəhd şahzadə haqqında bir ittihamnamə kimiydi. Ərdoğanın məqsədi Kralı Salmanı Səudiyyə Ərəbistanının nüfuzunu xilas etmək üçün vəliəhd şahzadəni vəzifədən azad etməyə inandırmaqdır. Vəliəhd şahzadənin taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır. Onun dünənki çıxışı isə yalnız ilkin atəş idi” – İngilis qəzeti belə yazıb.


Millət