Şriftin ölçüsü / 435

Sosial sığortada ödəniş dəyişikliyi haqqında

25 Oktyabr 2018 [15:33]
Ölkədə gizli, gizlədilmiş, uçota alınmamış iş yerləri varmı? Təbii ki, var, hətta say onminlərlədir.
Bu problem nədən yaranıb: 1) İş yerləri məhdud, iş bazarı qeyri-sabit olduğuna, işçinin pozulan hüquqları ilə məşğul olmağa həmkarlar təşkilat, ədalətli məhkəmə olmadığa görə vətəndaş ona təklif edilən istənilən işdən yapışmağa məcburdur, 2) Vətəndaş əmək müqaviləsi tələb etmir, çünki maaşından da 3% sosial sığorta tutulur, hökumət isə təqaüd sistemini son 12 ildə 3 dəfə uğursuzcasına dəyişib, vətəndaş hökumətin ona verəcəyi təqaüdə inanmır, nəğd indi 3%-nə qənaət etməyi düşünür, 3) İşəgötürənin üzərinə maaşdan sosial sığorta kimi ödəməli olduğu 22%-lik yük qoyublar, bu çix böyük faizdir deyə, işəgötürən rəsmi əmək müqaviləsi bağlamaqda maraqlı deyil.

Gizli iş yerləri rəsmiləşdirilməlidirmi? Bəli, mütləq bu addım atılmalıdır. Bunun üçün illərdir hökumət eşitsin-duysun deyə onllarca dəfə çıxış yolları səsləndirmişik: 1) Vətəndaşa öz hüquqlarını qorumaq üçün təşkilatlanmaya mane olmasınlar, 2) Həmkarlar İttifaqı kimi hökumətlə qol-boyun gəzən, hətta sözün məcazi və hərfi mənasında qohum olan amorf bir qurum ləğv edilməli, Həmkarlar işinə qoyulan inhusarçılıq dağıdılmalıdır, 3) İşəgötürən üçün yük kəskin azadılmalı, sosial sığorta əmək haqqının 10%-dən çox olmamalıdır, 4) Vətəndaş əmin olmalıdır ki, bu gün ödədiyi sosial sığorta onun gələcəyinin təminatıdır, bunun üçün dövlətin təqaüd sahəsində inhisarçılığına son qoyulmalı, Özəl Təqaüd Fondları yaranmalı, vətəndaşa seçim imkanı verilməlidir.

Hökumət bu sahədə olan problemləri, güya həll etmək istəyir, 2019-cu ildən sosial sığorta hesablanma şərtlərini dəyişdirməyi düşünür. Vətəndaş üçün formul belə olacaq: işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək.

Gəlin 500 manat maaş üzərindən hesablama aoaraq: 200 mabat çıxırıq, yerdə qalan məbləğın 10%-i 30 manat edir, 6 manat da üzərinə gələndə işçi 36 manat ödəməli olacaq, bu gün isə 15 manat ödəyir. Deməli vətəndaşa 21 manat ziyan olacaq.

İşəgötürən üçün dəyişiklik belə olacaq: İşəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək. Həmin 500 manat üzərindən apardığımız hesablamaya görə yeni ildən işəgötürən 44 manat sabit, 45 manat da faiz - cəmi 89 mabat ödəməli olacaq. İndi isə 110 manat ödəyir. Fərq nə qədərdir? Bəli, 21 manat. Bəs 500 manat maaş alan vətəndaş nə qədər artıq ödəməli olacaq? Doğrudur, məhz 21 manat! Deməli hökumət işəgötürəndən azaltdığını işçiyə yükləyir! Amma işəgötürən üçün də 21 manat qənaət çox azdır, çünki rəsmiləşdirməsə 89 manat qənaət edəcək.

Yəni, belə təşviq, belə maraqların idarə edilməsi olmur, işəgötürən üçün böyük güzəşt olmasa bu problem həllini tapmayacaq, atılan addımlar effekt verməyəcək. Çünki qaydaları dəyişməzdən əvvəl idarə edənlərin düşüncə tərzi, dünyaya baxışı dəyişməlidir...


Millət