Şriftin ölçüsü / 387

Gənclərə qayğı və diqqət sözdə deyil, əməldə olmalıdır

31 Oktyabr 2018 [16:03]
Öncələr Azərbaycanda siyasi aktiv insanlar, əsasən də gənclər gələcək siyasi karyeralarını qurmağı hədəfləyərək tanınmış müxalifət partiyalarına üzv olurdular. Son illərdə müxalifətin əvvəlki imkanları bəllidir ki, azalıb. Bəs belə vəziyyətdə müxalifət partiyalarına gənclər üzv olurlarmı? Müraciətlər olmursa və ya az olursa, burada gənclərin passivliyi, siyasətə marağının azalması, yoxsa müxalifətə inamsızlıq rol oynayır?
.
AMİP Siyasi Şura üzvü Əli Orucov qeyd etdi ki, gənclərin gələcək karyelarını qura biləcəyi ən yaxşı məkanlardan biri də məhz siyasi partiyalardır. Gənclərin partiyalarda fəaliyyət göstərmələri, ictimai-siyasi proseslərdə aktiv iştirakları, həm ölkə üçün, həm özlərinin yetişib təcrübə qazanmaları, həm də partiyalaşma üçün çox faydalıdır: "Gənclərin gələcək karyelarını qura biləcəyi ən yaxşı məkanlardan biri də məhz siyasi partiyalardır. Bildiyiniz kimi gəncələr enerjili, novator və yaradıcılığa meyilli olurlar. Siz Avropaya diqqət yetirsəniz görərsiniz ki, siyasi partiyaların əsas hərəkatverici qüvvəsi gənclərdir və onlar sürətlə cəmiyyətdə, ictimai həyatda mövqe qazana bilirlər. İstər idarəetmədə, istərsə də siyasi proseslərdə gənclərin iştirakı dinamikliyi, çevikliyi, rəqabət mühitini artırır. Təsadüfi deyil ki, son illər ərzində Avropada gənclər və gənc liderlər hakimiyyəti götürə biliblər.

10-15 il əvvələdək Azərbaycan siyasətində və ictimai-siyasi həyatında gənclər xüsusi rola malik idilər. Lakin təəssüflər olsun ki, sistemli yürüdülən siyasət gəncələrin öz karyeralarını siyasətdə, siyasi partiyalarda qura bilmə imkanlarını məhdudlaşdırdı. Gənclərin vəzifələrə irəli çəkilmələri onların qabiliyyətlərinə, bilik və bacarıqlarına görə deyil, mənsub olduğu bölgəyə, tanışlığa, rüşvətə, qohumluğa, valideynlərinin iqtidarda tutuduqları mövqeyə görə baş verdiyindən ictimai-siyasi proseslərə qoşulma həvəsləri olmur. Müxalifət düşərgəsində vəziyyət çox açınacaqlıdır. Gənclərin müxalifət partiyasına gəlməsi onların sanki avtobioqrafiyasını korlayan, hər yerdə qabaqlarına şlaqbaum çıxardan amilə çevrilr. Üstəlik də təzyiqlər, təhdidlər, bəzən həbslər gəncləri nəikni partiyalara üz tutmaqdan, ümumiyyətlə hər şeydən çəkindirərək zərərli və kriminal istiqamətə meylləndirir. Gənclər uzun vadəli, mərhələli, ierarxik pillələri keçmədən birdən-birə asan qolla yüksəlməyi, cəmiyyətdə yer tutmağı üstələyirlər. Müxalifətin özündə də gənclərin vəzifə pillələrində irəliləməsi heç də asan olmur. Baxın, müxalifət düşərgəsinə, rəhbərlikdə əsasən yaşılı və orta nəsilin nümayəndələridir. Bir posta funksioner illərlə oturur və həmin vəzifədə qocalır. Açıq etiraf etmək lazımdır ki, həm müxalifət, həm iqtidar düşərgəsində gəncələrin sərbəst fəaliyyətləri və karyera qurmaları üçün normal mühit yoxdur.

İndiki vəziyyətə görə gəncləri birtərəfli olaraq günahlandırmaq ədalətsizlik olardı. Azərbaycanda yüksək təhsil görmüş, ən müasir tələblərə cavab verən gənlərimiz var. Onların bir çoxuna etibar edilmir, bir çoxu özlərinə uyğun işlərdə deyil, bir qismi də bu sistemin çirkabına batmaq məcburiyyətində qalıb. Həqiqətən də mən durumu vahim hesab edirəm. Əgər meydanda, siyasətdə, dövlət idarəçiliyində, biznesdə, bir sözlə, həyatın bütün sahələrində gənlər yoxdursa, yaxud da gənclərin çəkisi azdırsa həmin dövlət də, cəmiyyət də uzun müddət ayaqda qala bilməz. Bunu iqtidar anlamalıdır. Gənclərə qayğı, diqqət, normal siyasət  sözdə deyil, əməldə olmalıdır”

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, son illər müxalifət partiyalarına insanların, xüsusilə gənclərin üzv olmasının azalmasının bir çox səbəbləri var: "Ən başlıca səbəblərindən biri odur ki, ölkədə müxalifət partiyalarının fəaliyyətinə normal şərait yaradılmayıb. Demək olar ki, müxalifət partiyalarının fəaliyyəti minimuma endirilib. Müxalif siyasi partiyaların istər yerli, istərsə də digər dövlət orqanlarında təmsilçiliyi yoxdur. Normal cəmiyyətlərdə siyasi partiya bir siyasi institut olmaqla cəmiyyət üzvlərinin siyasi baxımdan maarifləndirilməsində, onların dövlət idarəçiliyi üçün bir kadr olaraq yetişdirilməsində və seçkili dövlət orqanlarına seçilməsində önəmli rol oynayır. Belə olduğu halda həmin siyasi partiyaların perspektivinə cəmiyyətdə inam olduğu üçün gənclər də həmin siyasi partiyalarda təmsil olunaraq özlərinin gələcək karyeralarını qururlar. Təəssüflər olsun ki, bizdə belə deyil. Müxalifətin seçkili dövlət orqanlarında təmsilçiliyinə imkan verilmədiyindən gənclərdə də haqlı olaraq müxalif siyasi partiyalara üzv olmaq istəyi az olur. Digər tərəfdən, müxalif siyasi partiyalarda təmsil olunan gənclərin təqiblərə məruz qalma halları da onları müxalif siyasi partiyalara üzv olmaqdan çəkindirir. Ona görə də əvvəlki illərlə müqayisədə son illər ADP-yə də gənclərin üzv olma halları kəskin şəkildə azalıb”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bildirdi ki, müxalif siyasi partiyalara inamsızlığın partiyalara gənclərin gəlişində rol oynadığı fikri ilə razı deyil: "Sadəcə, ölkədə müxalif siyasi partiyalara mənfi münasibətin nəticəsidir ki, partiyalara gənclərin gəlişi zəifdir. Eyni zamanda insanların yaşam qayğıları çoxluqda siyasətə biganəlik yaradıb. İnsanlar bu günlə yaşayıb qayğılarını təmin etməyi düşünür, nəinki sabahını, gələcək karyerasını. Ona görə də gənclərin siyasətə qatılmaq marağı azalıb. Nəticədə xüsusilə müxalif partiyalara gənclərin üz tutması xeyli zəifləyib”.
."Yeni Müsavat”


Millət