Şriftin ölçüsü / 409

Ermənilər əllərinə fürsət düşən kimi öz yırtıcılıqlarını biruzə verirlər

16 Noyabr 2018 [15:32]
Əli Orucov:”Almaniyada və digər ölkələrdə ermənilərlə bağlı üzə çıxarılan faktlar nəticəsində artıq dünyada ermənilərin kimliyi faş edilir və onların dövlət səviyyəsində dəstəklənən cinayətləri beynəlxalq aləmdə ifşa olunur”
img

"Almaniya mətbuatında erməni mafiyasının ifşa edilməsi ilə bağlı araşdırmanın çap olunması ermənilərin beynəlxalq aləmdə iç üzünün açılmasına, əslində kim olduqlarının faş olmasına səbəb olacaq”.

Bunu Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatların dərc edilməsinə, ermənilərin cinayətkar əməllərinin ifşa edilməsinə münasibətində "Bakı-Xəbər”ə AMİP yetkilisi, politoloq Əli Orucov deyib.

Ə.Orucov qeyd etdi ki, cinayətkar qruplaşmalarla işbirliyi qurmaq ənənəsi Ermənistan dövlətinin siyasəti və iş prinsipidir. "Cinayətkarlarla əlaqə, terrorçu qruplaşmalarla işbirliyi ermənilərə xas xüsusiyyətdir. Onların bu kimi əməllərə meylli olması bütün dünyaya məlumdur. Almaniyadan əvvəl ermənilərin Amerikada cinayətkar dəstələri ifşa edilərək zərərsizləşdirilib. İspaniyada ermənilərin cinayətkar əməlləri ilə bağlı mətbuatda fikirlər yer aldı. Bu millət qanunsuzluğa, cinayətkarlığa meylli millətdir. Ona görə də, harada olurlarsa, orada mütləq cinayət törədirlər. Çox təəssüflər olsun ki, Ermənistan kriminal ünsürlərlə əlaqəlidir və onlar separatizmi və terrorçuluğu dövlət siyasətinə çeviriblər. Onlar illərdir ki, bu siyasəti davam etdirirlər. Bu həm də göstərir ki, özlərini beynəlxalq ictimaiyyət qarşısında məzlum, yazıq, çarəsiz kimi göstərən ermənilər əslində qurd kimi yırtıcıdır. Ermənilər əllərinə fürsət düşən kimi öz yırtıcılıqlarını biruzə verirlər. Almaniyada və digər ölkələrdə ermənilərlə bağlı üzə çıxarılan faktlar nəticəsində artıq dünyada ermənilərin kimliyi faş edilir və onların dövlət səviyyəsində dəstəklənən cinayətləri beynəlxalq aləmdə ifşa olunur”-deyə Ə.Orucov bildirdi.

Məlumatlara görə, sözügedən məsələyə dair 7 noyabr tarixində Almaniyanın MDR televiziyasında "Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli film nümayiş olunub.


Millət