Şriftin ölçüsü / 5248

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayəti ilə bağlı Türkiyənin tələblərini rədd etdi

10 Dekabr 2018 [16:26]
Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətinin araşdırılması çərçivəsində öz təbəələrini Türkiyəyə verməyəcəyini bəyan edib.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyr Ər Riyadda keçirilən ərəb monarxiyalarının sammitinin sonunda baş tutan mətbuat konfransında bəyan edib.

Qeyd olunur ki,keçən həftə Türkiyə məhkəməsi Camal Qaşıqçının ölümünə görə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmana yaxın iki şəxs, kəşfiyyat xidmətinin rəhbərinin müavini Əhməd Əs-Sahiri və şahzadənin keçmiş müşaviri Səud Əl-Kahtani haqqında cinayət işi açıb.

Adil Əl-Cübeyr Səudiyyə Ərəbistanının Türkiyədən Qaşıqçı işi lə bağlı bütün rəsmi informasiyaları tələb etdiklərini söyləyib.
Digər yandan Körfəz Əməkdaşlıq Şurasını Ər Riyadda keçirilən 39-cu zirvə toplantısının sonunda qəbul edilən bəyanatda ərəb ölkələri Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanının mövqeyini dəstəklədiklərini bildiriblər.

Maraqlıdır ki, 72 maddəlik bəyanatda Qətərin blokadaya alınması ilə bağlı heç bir cümləyə rast gəlinmir. Sənəddə sadəcə Küveytin üzv ölkələr arasında pozulan münasibətlərinin yenidən düzəldilməsi yolunda göstərdiyi səylərin alqışlandığı ifadə edilib.


Millət