Şriftin ölçüsü / 1191

Müdafiə Nazirlyinin Mənzil İstismar İdarəsindəki nöqsanlara son qoyulacaqmı?!

20 Dekabr 2018 [12:32]

Azərbaycanda Ordu quruculuğu son illərdə daha geniş vüsət almaqdadır. Müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti tərəfindən yeni hərbi hissələrin yaradılması, hərbi qulluqçuların maddi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir və ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanır. Bu uğurların başında isə sözsüz ki, dövlətin gücü Sillahlı Qüvvələrimizə göstərdiyi qayğı və diqqət durur. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın seçilən orduları sırasındadır və yüksək reytinqə sahibdr. Bu faktor düşmənləri həmişə təşfiş və narahatlıq içində saxlayır. Təbii ki belə hal hər bir insanımızı sevindirir və qürurlandırır. Bunula yanaşı diqqətdən yayınan mövcud xırda-para nöqsanlar və problemlər də təssüf ki, yox deyil.

Qeyd etdiyimiz kimi Müdafiə Nazirliyi rəhbərliyinin daima cəbhə bölgəsində olması, təmas xəttindəki əsgərlərlə birbaşa sıx əlaqəsi həm də döyüşkənlik ruhunun daha da yüksəldilməsinə ciddi təsir göstərir. Yeni tikilən kazarmalar, hərbi şəhərciklər və müasir komplekslər ordunun ixtiyarına verilib. Bu il Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibatı binasının açılışı da bu qəbildəndir. Açılış zamanı ordu rəhbərliyi tərəfindən hərbi qulluqçuların sosial-məişət və mənzil-kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar alınmışdı.

Bu keçən qısa zamanda hansı problemlər və çatışmazlıqlar həll olunmuşdur? Hal– hazırda Nazirliyin Mənzil İstismar Xidmətini əhatə edən sahədə eşitdiyimiz və bizə məlum olan nöqsanlara bir-bir diqqət yetirək.

Nazirliyin Mənzil İstismar Xidməti hərbi qulluqçuların mənzil-kommunal şəraitinin yaxşılaşdırılması üçün cavabdehlik daşıyir. Xidmətin bazasında və tabeçilikdə olan Mənzil-İstismar İdarəsində yüzlərlə insan çalışır. Bu insanlar mülki vəzifə daşıyan qulluqçulardı. Həmin şəxslərin ayrı-ayrı vəzifələri tutmaları üçün profillərinə uyğun ali təhsilli olmaları şərtdir. Belə olan halda kimlərinsə marağı naminə məsul vəzifələrə diplomları başqa ölkələrdən alınmış və Azərbaycan Respublikasında tanınmamış "kadr”lar təyin olunmuşlar. Hansı ki, Təhsli Nazirliyi tərəfindən qeyd edildiyi kimi ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan müvafiq lisenziyaya və akkreditasiyaya malik xarici universitetlərin diplomları Azərbaycanda tanınmır. Lakin Nazirliyin Mənzil İstismar Xidmətində belə tanınmayan diplomlarla müəyyən vəzifələrə təyin olunan şəxslər var. Onların hansı bilik və bacarıqla vəzifəyə təyin olunmaları haqlı sual doğurur. Belələrinə illərlərlə dövlət tərəfindən maaş ödənilib və səlahiyyətləri olmadığı halda müvafiq sənədlərlə işləyərək öz imzaları ilə məsuliyyət daşımışlar. Həmin idarədə çalışan şəxslərdən Hüseynov İshaq , Yaqublu Elçin və başqaları görəsən nəyin qarşılığında Azərbaycanda qeydiyyatdan keçməyən diplomlarla vəzifəyə təyin olunmuşlar? Əgər araşdıran olsa o zaman bu kimi digər faktlar da öz təsdiqini tapacaqdır.

İdarənin ayrı-ayrı sahələrində və MİS-lərdə adı işdə olub özü işə çıxmayan "ölü canlar” var. Bu şəxslərin işə hansı yolla qəbul olunması haqqında səhih məlumatımız olmasa da, onların işə çıxmadıqları, vakansiyaların düzgün aparılmadığı ortadadır. Aldığımız məlumata görə idarə rəhbərliyində işı çıxmayan şəxslər barəsində məlumat vardır və onlar kimlər tərəfindən və hansı səbəblərdən himayə olunurlar. Görəsən niyə?

Bundan başqa hərbi şəhərciklərdə hərbi qulluqçuların mənzillərinin təmiri üçün yığılan büdcədənkənar vəsaitlər idarənin ayrı-ayrı rəhbər işçiləri tərəfindən bölüşdürülür. Mənzil İstismar Xidmətinin tərkibində olan Abşeron. Bakı və başqa MİS-lərdə yığılmış kommunal pullar faizlərlə şəxslər arasında bölüşülür.

İş görülmədən haddindən artıq şişirdilmiş vasaitlərlə qüsur aktı yazılır, vəsait bu yola silinir və mənimsənilir. Bütün binalarda və şəhərcik ərazilərində istilik qazanları quraşdırılıb. Bu qazanxanalar Bakı şəhərində Elnur adlı şəxs tərəfindən yığılır və sənədlərdə Türkiyə istehsalı qeyd olunaraq birkalanır və aktlaşdırılır. Həmin qazanlar tez-tez xarab olur və çoxu hal-hazırda işləmir. Yuxarıda qeyd olunan saxtakarlıqlarla dövlətin külli miqdarda vəsaiti mənimsənilir və silinir.

Nazirliyin Mİİ-də ayrı-ayrı rəhbər şəxslər arasında hərc-mərclik və qanun pozuntularının aşkar edilməməsi üçün gizli mübarizə gedir.

Hal-hazırda Mİİ-də nazirliyin Maliyyə İdarəsinin kompleks yoxlaması gedir. Bundan başqa Mİİ-nin anbarlarında sürtkü yağları, dizel və yanacaq materiallarında yeyintilər var. Mİİ-nin ayrı-ayrı xidmət sahələrində ayrı-ayrı şəxslər tərəfindən şişirdilmiş əmək haqqı alanlar var. Balanslarda olan toprpaq sahəsi və binalar kommersiya məqsədi ilə ayrı-ayrı şəxslərə icarəyə verilib. Papanin adlan ərazidə yerləşən Mərkəzi Hərbi Hospitalının yaxınlığıdakı Ceyhun Səlimov küçəsində Kimyaçılar şəhərciyi deyilən yerdə balansda olan torpaq başqa şəxslərə hansısa səbəblərdən və nəyinsə qarşılığında verililb. İndi həmin ərazidə yüksək mərtəbəli bina tikilməkdədir.

Hərbi qulluqçularmızın yaşayış şəraitinin yaxşılaşdırılaması məqəsdi ilə binanın tikintisinə sevindik. Lakin sonradan məlum oldu ki, bu heç də göründüyü kimi deyil. Dövlətin balansında olan torpaq sahəsində özəl şirkət tərəfindən yüksək mərtəbəli bina inşa edilir. Və ayrı-ayrı şəxslərə satılaraq sonra pul qazanacaqlar. Bəs bu qanunsuzluğa göz yumanların, hərbi balansda olan torpaq sahəsini ayrı-ayrı şəxslərə satanların vicdanı?!

Dövlət başçısı və nazirin əzmkarlığı, qətiyyəti və iradəsi ilə nöqsanların üzərinə gedilir və günahkar şəxslər cəzalandırılır. Birliyimiz, Qarabağımız üçün aşkarlanan nöqsanların üzərinə bir yerdə gedək. Qələbənin yolu zabit, əsgər ürəyindən və haqqını yeməməkdən keçir. İnanırıq ki, Nazirliyin Maliyyə İdarəsinin yoxlamaları yuxarıda qeyd olunan və qeyd edə bilmədiyimiz digər nöqsanların aradan qaldırılmasına kömək göstərəcək.

Mövzunu nəzarətdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyni işıqlandırmağa hazırıq.

 


Fərid Pəmbəkli