Şriftin ölçüsü / 650

Ölkədə qarşıdurma və gərginlik yarada biləcək hər nə varsa aradan qaldırılmalıdır

15 Fevral 2019 [18:12]
Azərbaycan prezidenti İlham Əliyevin son bir neçə həftədə şəhid ailələri ilə görüşməsi, bu kateqoriyadan olan ailələrə birdəfəlik ödəmələrin verilməsi barədə qərarı, minimum əmək haqqını artırması, pensiyaların artımı barədə qərarları, Şamaxıda zəlzələ bölgəsinə getməsi və sadə insanlarla hətta yaşlı qadının əlini öpməyə qədər cəmiyyətdə müsbət qarşılanan addımları müxalifət düşərgəsində də müsbət qarşılanıb. Araşdırmamız nəticəsində bu qənaətə gəldik.

AMİP Siyasi Sura üzvü Əli Orucov isə bildirdi ki, bəzilərinə prezidentin son dönəmlər addımları, verdiyi qərarlar qeyri-adi gəlsə də sivil cəmiyyətlərdə bütün bunlar dövlət başçısı üçün adi qaydadır: "Prezident xalq tərəfindən seçilir və xalqa xidmət etməlidir. Cənab İlham Əliyev də məhz bu fikri dəfələrlə bəyan edib və açıq şəkildə deyib ki, ölkənin başçısından sıravi məmura qədər hər kəs xalqa xidmət etməlidir. Ümid edirəm ki, digər məmurlar və yüksək vəzifəli şəxslər də bundan nümunə götürməli, davranışlarına və hərəkətlərinə düzəlişlər etməlidir. Bir sıra özünü apara bilməyən, danışığı, hərəkətləri və fəaliyyəti ilə xalqda qıcıq yaradan, nifrət oyadan rəsmi yetkililər ya düzələcəklər, ya da tutduqları postlarından kənarlaşdırılacaqlar. Çünki ölkədə qarşıdurma və gərginlik yarada biləcək hər nə varsa aradan qaldırılmalıdır”."Yeni Müsavat”


Millət