Şriftin ölçüsü / 1393

Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib

25 Aprel 2019 [15:38]
Görkəmli dilçi alim Yusif Seyidovun anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib. AMEA-dan "Millət"ə daxil olan məlumata görə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli elm xadimi Yusif Seyidovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, professor Yusif Seyidov Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər, eyni zamanda bir sıra orta məktəb dərslikləri yazıb.

Konfransda institutun elmi katibi Zülfiyyə İsmayıl "Professor Yusif Seyidov yaradıcılığında ədəbi dil məsələləri”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,dosent Nuray Əliyeva "XX əsr Azərbaycan poeziyasının dil məsələləri Yusif Seyidovun araşdırmalarında” və Onomastika şöbəsinin elmi işçisi Aysel Eminova "Professor Yusif Seyidov xatirələrdə” mövzusunda məruzələrlə çıxış ediblər.


Nisə Rəhimova