Şriftin ölçüsü / 353

AMİP Rayon Təşkilatlarında görüşlər davam edir

08 May 2019 [14:59]
2 və 3 mayda  AMİP Siyasi Şurasının üzvü Əli Orucovun iştirakı ilə Siyasi Şuranın təsdiq etdiyi təlimat və qrafikə uyqun olaraq partiyanın Göyçay və Ucar Rayon Təşkilatlarında, 6 mayda isə Gəncə şəhərində Ağstafa, Gəncə, Samux, Şəmkir RT fəalları ilə görüş keçirilib. Görüşlərdə  bölgələrdəki vəziyyət, rayon təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, yeni üzvlərin qəbulu, qarşıdan gələn bələdiyyə seçkilərinə və digər ictimai-siyasi proseslərə hazırlıq məsələləri müzakirə edilib. Rayon Təşkilatlarının fəallarının, rəhbər şəxslərin təklif və iradları dinlənilib.

Ə.Orucovun "Millət"ə verdiyi məlumata görə, "bütün çətinliklərə, mərhumiyyətlərə, müxalif partiyaların düşürüldüyü ağır duruma baxmayaraq, yerlərdə AMİP-in öz gücünü və nüfuzunu qoruyub saxlaya bilməsi sevindirici haldır.  Təbii ki, bu işdə rayon təşkilat sədrləri başda olmaqla rəhbərlikdə olan digər şəxslərin böyük əməyi, xidmətləri var. Bu həftə sonu didər bölgə təşkilatlarımıza da səfərlərimiz nəzərdə tutulub. Hesab edirəm belə görüşlər həm səhvlərimizin, zəif yerlərimizin müəyyənləşdirilməsi və bunları aradan qaldırmaq baxımından, həm də fəaliyyətə yeni stimul verilməsi baxımından çox faydalıdır."  


Millət