Şriftin ölçüsü / 927

Bölgəmizin insanını belə kasıb, miskin görmək bizi narahat edir

23 May 2019 [18:05]

Xəbər verildiyi kimi, 11 mayda AMİP Xudat RT növədənkənar konfransı keçirilib.Konfransda AMİP Baş Katibi Arzuxan Əlizadə,AMİP Beynəlxalq əlaqələr üzrə Katibi Elşən Mustafayev, Siyasi Şuranın üzvü Yəhya Həsənov, partiyanın Quba RT sədri Həsən Həsənov, Xaçmaz RT sedri Məhəmməd Qurbanov iştirak etmişler. Konfrans Çingiz Şahbazını Xudat RT-nin yeni sədri seçilib. Çingiz bəy "Millət”ə rayondakı vəziyyət, təşkilatın fəaliyyəti və görəcək işlər barədə fikirlərini bildirib:

"Ölkədə siyasətlə məşğul olmaq son illerde çox çətinləşib. Xüsusilə də bu iş əyalətlərdə daha dərindir. Amma bu heç də ümidsizliyə qapılmaq anlamına gəlməz. Əksinə, AMİP Xudat RT-da işlərimizi daha da gücləndirmişik. RT İdarə Heyəti və fəallarımız tez-tez görüşürük. Bizə yaşadığımız ərazinin insanları da qoşulur və sözsüz ki, hər yerdə olduğu kimi insanların dərd-sərini, problemlerini dinləyir, müzakirə aparırıq. Hazırkı hakimiyyətdən hamı narazıdır və ölkədə siyasi hakimiyyetin dəyişməsində nicatı görürlər. Hal-hazırda partiya üzvlərimiz xalqın problemlerini dinləyir və yaxın zamanlarda bölgəmizlə əlaqəli bu kimi halları paket şəklində partiyanın Mərkəzi Aparatına təqdim edəcəyik. Mən hər zaman partiyanın Nizamnaməsi çərçivəsində fəaliyyətin tərəfdarı olduğumdan bundan sonra da yeni sədirliyim dönəmində də bu belə davam edəcəkdir. Sözsüz ki, ölkəmizin irəli getməsi, insanlarımızın rahat yaşaması uğrunda səylərimiz davam edəcəkdir. Bölgəmizin insanını belə kasıb, miskin görmək bizi narahat edir, amma bu səbəbləri aradan qaldırmaq üçün çalışacağıq ki, bütün ligitim təşkilatlarla işləyək və sözümüzü deyək.

Bölgəmizdə ən böyük problem insanlarda özünə inamı qaytarmaqda görürəm. Mətbuatda o qədər yalan məlumatlar yayılır ki, bu da insanların inamına çox təsir göstərir. Xudat şeheri Xaçmaz rayon mərkəzindən təxminən 20 km uzaqdadır. Xudat şəhərinin əhalisi də təqribi 25 mindən çoxdur. Bu bizim əhaliye çox böyük problem və əziyyətdir. Şəhərimizdə problemlər o qədər çoxdur ki, saymaqla bitməz. İşsizlik və hüquqsuzlu kimi problemlərə artıq son zamanlarda əmlakın təminatsızlığı də əlavə edilib. Kiçik və orta biznesə qarşı məmur təzyiqi, əngəllər və kreditlərin rüşvətlə, həm də yüksək faizlə verilməsi problemi də qalmaqdadır.

Gənclərə,yenilikçilərə, özünü işə həsr edənlərə, insanları birləşdirməyi bacaranlara, yeni ideyalara, bir sözlə, enerjili insanlara üstünlük verilmir,onlara siyasi baxışlarına görə teziqlər var.

Fermer və tessərüfatı olanlara yardım, iş yerlərinə təminat, ictimai yerlərdə abadlıq yox dərəcəsindədir.Bir sözlə, artıq insanlar yepyeni yaşamı arzulayır. Biz, AMİP Xudat RT bu problemləri bilir və həlli yollarını da həyata keçirmək üçün savadlı insanlarımızdan istifadə etməyi qarşımıza məqsəd qoymuşuq.

Daha yaxşı idarəçilik,ölkənin bütövlüyü və vətəndaşlarla birlikdə iqtisadi qüdrəti əldə etməyi özümüzə borc bilirik.”


Fərid Pəmbəkli