Şriftin ölçüsü / 330

AMİP-də mühüm görüş

31 May 2019 [16:44]
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə ölkədə ictimai-siyasi vəziyyət müzakirə edilmiş, o cümlədən Azərbaycan Respublikasının prezidenti tərəfindən anonsu verilən siyasi islahatlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Siyasi islahatların öz-özlüyündə alternativinin olmadığını və cəmiyyətdə mövcud olan gərginliyin və narazılıqların aradan qaldırılmasına xidmət etməli olduğunu bildirən partiya rəhbərləri gözlənilən siyasi islahatlarla bağlı təkliflərlə çıxış etmək üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyalarla müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildirmişlər.

Hökumət qarşısında təkliflərlə çıxış etmək üçün bütün siyasi partiyaların iştirakı ilə kofransın keçirilməsi və bu məqsədlə də ayrı-ayrı siyasi partiyalarla görüşlərin keçirilməsi qərara alınmışdır.



millet