Şriftin ölçüsü / 1277

AMİP Lideri E.Məmmədov Hacıəmi Atakişiyevin vəfatı ilə bağlı başsağlığı verdi

17 Iyul 2019 [17:07]

Görkəmli ziyalı, ictimai-siyasi xadim, istedadlı memar, Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişyevin ölüm xəbəri məni dərindən kədərləndirdi. H.Atakişiyev AMİP-in qurucularından biri kimi ölkədə çoxpartiyalı sistemin formalaşamasında və inkişafında misilsiz xidmətlər göstərib. O, uzun müddət partiyanın Siyasi Şurasında təmsil olunub. H.Atakişiyevin səmimi dost, əqidəsinə sadiq AMİP-çi və xeyirxah bir insan kimi xatirəsi dostlarının və silahdaşlarının qəlbində daim yaşayacaqdır.

Mən Hacıəmi Atakişiyevin vəfatından bir daha dərindən kədərləndiyimi bildirir, məhrumun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Etibar Məmmədov

AMİP-in Fəxri Lideri


Millət