Şriftin ölçüsü / 234

AMİP-i təhrik və təxribata çəkmək istəyən qüvvələr ölkənin və xalqın gələcəyini, taleyini istəməyən qüvvələrdir

19 Oktyabr 2019 [12:59]
"Milli Şuranın bu gün, 19 oktyabr, saat 15:00-da təyin etdiyi razılaşdırılmamış etiraz aksiyasında AMİP iştirak etmir və dəstək vermir. Partiya olaraq biz ölkədə qarşıdurama və zorakılıq meyllərinin artırılmasından narahatlığımızı ifadə etməklə yanaşı, hakimiyyəti insanların sərbəst toplaşma azadlığına hörmət etməyə çağırırıq”. Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov sosial mediada təcili paylaşımda yazıb.

AMİP funksionerı həmçinin qeyd edib:"Təəssüf olsun ki, iqtidardaxilində bəzi qüvvələr ölkədə gərginliyin artmasının, siyasi təzyiqin yüksələməsini istəyir. AMİP-in bu günki aksiya ilə bağlı aydın və net qərarının olmasına baxmayaraq, hüquq-mühafizə orqanları üzvlərimizə qarşı basqılar həyata keçirir. Aldığımız məlumata görə, AMİP Abşeron Rayon Təşkilatının sədri Təbriz Musayev qanunsuz olaraq həbs edilib. Digər fəallarımıza isə təzyiqlər göstərilir və xəbərdarlıqlar edilir. Üzvlərimizin naməlum şəxslər tərəfindən izlənməsı halları var. AMİP olaraq hakimiyyətin bu cür repressiv və qanunsuz hərəkətlərinə sərt şəkildə etirazımızı bildirir, özbaşınalıqların durdurulmasını, T.Musayevin dərhal sərbəst buraxılmasını tələb edirik.

Hesab edirik ki, AMİP-i təhrik və təxribata çəkmək istəyən qüvvələr ölkənin və xalqın gələcəyini, taleyini istəməyən qüvvələrdir. İndiki həssas və kövrək dönəmdə iqtidar mənsubları diqqətli və ayıq-sayıq olmalıdır”.


Millət