Şriftin ölçüsü / 324

İslahatları əngəlləyən əsas fiqur yola salındı

23 Oktyabr 2019 [17:43]
Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin".

Prezidentin digər sərəncamı ilə Ramiz Mehdiyevə "Heydər Əliyev ordeni" ilə təltıf edilib. 

Bu gün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının təcili toplantısında R.Mehdiyev akdemiyanın prezidentliyinə gətirilib. 


Millət