Şriftin ölçüsü / 358

AMİP, AXP, BAP və Ağ Patiya əlaqələri daha da genişləndirməyi qərara alıblar

29 Oktyabr 2019 [17:54]
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında "Köklü islahatlarla dəyişikliklərə doğru” Platforması çərçivəsində əməkdaşlıq edən siyasi partiyaların sədrləri ilə görüş keçirilib.

AMİP Mətbuat və İnformasiya Xidmətindən Ovqat.com-a daxil olan məlumata görə, görüşdə AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev, Ag Partiyanın sədri Tural Abbaslı və AMİP –in sədr əvəzi Arzuxan Əlizadə iştirak edib.

Görüşdə ölkədə ictimai-siyasi vəziyyət və bir sıra digər məsələlər müzakirə edilib, o cümlədən patriyalar arasında əlaqələrin genişləndirilməsi üçün bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.