Şriftin ölçüsü / 744

Yerli istehsal mütləq dərman bazarında qiymətlərə təsir göstərəcək

10 Dekabr 2019 [16:53]
Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması məqsədi ilə yerli dərman istehsalına başlayacaq.

İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcəkdir.

Cebhe.info-ya açıqlamasında AMİP Mərkəzi Şurasının sədri, formokoloq alim Aydın Əliyev yeni istehsal olunacaq yerli dərmanların əczaçılıq bazarında eyniadlı dərman preparatlarının qiymətinə təsir edəcəyini deyib:

"Bu çox gözəl addımdır. Düşünürəm ki, özümüz istehsal edəcəyimiz dərmanlar daha keyfiyyətli olacaq. Çünki onların keyfiyyətinə də özümüz cavabdeh olacağıq. Bu gün xaricdən keyfiyyətsiz dərmanlar gətirirlər. Bu dərmanların adları dəyişsə də, keyfiyyəti dəyişmir. İndi özümüz istehsal edəcəyimiz dərmanların keyfiyyət probleminə cavabdehlik daşıyacaq insanlar olacaq. Eyni zamanda dərmanların qiyməti də ucuz olacaq. Bu yalnız əczaçılıq sahəsində deyil, digər sahələrdə də belədir.

Yəni ölkə daxilində istehsal olunan hər bir məhsulun maya dəyəri ucuz başa gəldiyi üçün satış qiyməti də ucuz olmalıdır. Yerli istehsal mütləq dərman bazarında qiymətlərə təsir göstərəcək”. Cebhe.info


Millət