Şriftin ölçüsü / 743

AMİP-in 11 namizədinin kimliyi bəlli oldu

18 Dekabr 2019 [14:49]
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyanın Mətbuat və informasiya xidmətindən Ovqat.com-a daxil olan məlumata görə, iclasda ilk başda AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən, 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib

Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərar alınıb və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

Orucov Əli Məhəmməd oğlu-AMİP Siyasi Şurasının üzvü              9 saylı Binəqədi ikinci
Mustafayev Elşən Mansur oğlu-AMİP Beynəlxalq Katibi               15 saylı Yasamal birinci
Bayramov Rəşad Aydın oğlu-AMİP Mərkəzi Şurasının üzvü          22 saylı Nəsimi ikinci
Səfərov Məmmədəli Talıb oğlu-AMİP Nizami RT sədri                  25 saylı Nizami ikinci
Əlizadə Arzuxan Baxşəli oğlu-AMİP baş katibi                               26 saylı Sabunçu birinci
Həsənov Tapdıq Həsən oğlu-AMİP İmişli RT sədri                          79 saylı İmişli
Bayramov Elman Əkbər oğlu_AMİP Mərkəzi Şura üzvü                  81 saylı Beyləqan
Hüseynli Teyyub Həşim oğlu-AMİP Göyçay RT sədri                       88 saylı Göyçay
Əliyev Loğman Allahverən oğlu-AMİP Mərkəzi Şura üzvü               90 saylı Ağdaş
Xanəlizadə Bəhmən Tofiq oğlu-AMİP Zaqatala RT sədri                   111 saylı Zaqatala-Balakən
Həsənbəyli Süleyman Yaşar oğlu-AMİP Gənclət Təşkilatının üzvü    119 saylı Ağdam kənd

Siyasi Şuranın iclasında, həmçinin, ABŞ Senatı tərəfindən "erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul edilən qətnamə müzakirə olunub. AMİP Siyasi Şurası ABŞ Senatı tərəfindən qəbul olunmuş qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını bildirərək "erməni soyqırımı" ilə bağlı qərarı qərəzli və ədalətsiz hesab etdiyini bəyan edib.


Millət