Şriftin ölçüsü / 4375

Azərbaycan Turizm Bürosu müsabiqə elan etdi

18 Dekabr 2019 [16:24]
Azərbaycan Turizm Bürosu 2020-ci ilin aprel ayında Bakıda keçiriləcək "Travel Business Azerbaijan 2020" beynəlxalq tədbiri çərçivəsində tələbələr və son 2 ilin məzunları arasında suvenir dizaynı müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin formalaşdırılması və nəticədə yeni turizm məhsulunun ərsəyə gətirilməsidir.
Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər "Travel Business Azerbaijan 2020" tədbiri çərçivəsində iştirakçılara hədiyyə ediləcək.

Müsabiqədə 1-ci yeri qazanmış iştirakçı sertifikat, qrafik planşet və Azərbaycan Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə proqramı əldə edəcək. 2-ci və 3-cü yerə layiq görülmüş iştirakçılar isə sertifikat və qrafik planşetlərlə mükafatlandırılacaqlar.
Müsabiqə qalibləri martın 1-də elan olunacaqlar.

Yanvarın 12-dək davam edəcək müsabiqədə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://bit.ly/38eKjgG


Millət




Digər Xəbərlər