Şriftin ölçüsü / 370

AMİP-in deputatlığa irəli sürdüyü namizədi qeydə alındı

08 Yanvar 2020 [15:08]
9 fevralda keçiriləcək Azərbaycan Respublikası Milli Məclis üzvülüyünə seçkilərə namizədliyi AMİP tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən irəli sürülən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun namizədliyi qeydə alınıb.

Bu barədə Ə.Orucov özünün facebook səhifəsində "AMİPin ilk qeydiyyata alınan namizədi oldum. Zəhməti keçən hər kəsə təşəkkürlər. Bu mərhələni uğurla başa vurduq. Davamı da gələcək” yazaraq paylaşım edib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Millət