Şriftin ölçüsü / 4413

AMİP Baş katibi PA rəsmisi ilə görüşüb

03 Mart 2020 [17:52]
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bugünkü qonağı AMİP-in sədr əvəzi Arzuxan Əlizadə olub.

"Millət"in əldə etdiyi məlumata görə, görüş ilkin tanışlıq xarakteri daşıyıb və tərəflər ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər.

Məlumatı Arzuxan bəy də təsdiqləyib və əsas müzakirə mövzusunun aparılası islahatlar olduğunu bildirib. Onun sözlərinə görə, AMİP yetkilisi bir neçə partiya ilə birgə hazırladıqları islahatlar paketini tərəf-müqabilinə təqdim edib.

Görüş qarşılıqlı anlaşma və xoş əhval-ruhiyyədə keçib.


Millət




Digər Xəbərlər