Şriftin ölçüsü / 903

Hökumət insanların zəruri ehtiyaclarını ödəməlidir ki...

13 Aprel 2020 [15:56]
Xüsusi karantin rejimi insanların evdə qal çağırışlarına tam əməl etməməsinə görə bir az da sərtləşdirildi-icazələrlə bağlı qaydalara dəyişikliklər oldu.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə təcili olaraq fövqəladə vəziyyətin elan olunmasının vacibliyini bəyan edib.

Müxalifətdən də fövqəladə vəziyyət rejiminin elan olunmasının vacibliyi élan olunub.

Belə ki, AMİP katibi Əli Orucov Musavat. com-a bildirdi ki, bir çox vətəndaşların məsuliyyətsizliyi və məsələni ciddiyə almamaları başqa yol qoymur: "Onsuz da karantin rejimi sərtdir və bir qədər də sərtləşdirildikdən sonra bu qeyri-formal fövqəladə vəziyyət rejimi deməkdir. Bununla belə, təəssüf ki, vətəndaşlarımız arasında hələ də məsuliyyətsizlər var. Onlar koronavirusun nə qədər təhlükəli olduğunun və özünün məsuliyyətsizliyi ucbatından həm özünə həm də başqalarına hansı böyük risklər yaratdığının fərqində deyillər. Bu tip insanlara qarşı tədbirlər sərtləşdirilməlidir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, koronovirusun yayılma tempi sosial izolyasiyaya və karantin rejiminə, gigiyenik qaydalara əməl edilməməsi ucbatından arta bilər. Eyni zamanda aprel-may ayları virusla bağlı daha təhlükəlidir. Dövlət karantin tədbirlərini məhz vətəndaşlarını qorumaq üçün həyata keçirir. Vətəndaşın da borcu dövlətinə dəstək olmaq, onu daha çox yüklənməsinə imkan verməməkdir. Təbii ki, əgər karantin rejimi və görülən izolyasiya tədbirləri istənilən effekti vermirsə, fövqəladə vəziyyət rejimini tətbiqini qaçılmazdır”.

Partiya rəsmisinin sözlərinə görə, hökumətin özü də insanların evdə qalmasını ciddi təşviq etməlidir. Onun problemlərinə yardımçı olmalıdır ki, küçəyə-bacaya çıxmasın. Zəruri ehtiyaclarının arxasınca qaçmasın. Bundan başqa evdə vaxtın səmərəli keşməsi üçün TV-lər maraqlı verlişlər hazırlamalıdırlar. Yəni bütün bunlar kompleks halında həllini tapmalıdır. Musavat.com


Millət




Digər Xəbərlər