Şriftin ölçüsü / 1319

Bakının mərkəzi yolları bağlı olacaq - şəhər dezinfeksiya ediləcək

01 May 2020 [13:46]
Bakı şəhərinin kommunal strukturları 2 may tarixində hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.

Publika.az xəbər verir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Qeyd edək ki, təxminən 2 həftə əvvəl də Bakıda eyni proses həyata keçirilib.


Millət




Digər Xəbərlər