Şriftin ölçüsü / 727

Partiyalar başlanan prosesin dayanmayacağını düşünürlər

02 May 2020 [14:05]
Koronavirus təhlükəsi və xüsusi karantin rejimi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların sədrləri arasında görüşlərin davamlı olmasının qarşısını alıb.

Lakin müxalif partiya sədrlərinin açıqlamalarından belə məlum oldu ki, prosesin birdəfəlik dayandığını söyləmək düzgün olmazdı. Karantin rejimi ləğv edildikdən sonra təmaslar, danışıqlar yenidən davam edəcək.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə açıqlamasında bildirdi ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən hazırda növbəti görüşlə bağlı dəvət olmasa da, mövcud karantin rejimi başa çatdıqdan sonra belə görüşlərin davamlı olacağı gözlənilir.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Prezident Administrasiyasından hələlik növbəti görüş və ya dialoq barədə heç bir dəvət yoxdur: "Doğrudur, Novruz bayramı ilə əlaqədar həm prezidentin adından, həm də Ədalət Vəliyevin özündən bayram təbriki olub. Bunu pozitiv jest və kontakt hesab etmək mümkündür. Ancaq koronavirus pandemiyasından az öncə başlamış siyasi dialoq hələlik elə məhz bu problemlə bağlı müvəqqəti dayandırılıb. Ancaq bizə bildirilib ki, pandemiya təhlükəsi aradan qalxan kimi və vəziyyət normallaşan kimi proses davam etdiriləcək. BizAĞ Partiya olaraq, bu prosesin davam etdirilməsində maraqlayıq və belə bir prosesin dövlət və xalq maraqları üçün faydalı olduğunu düşünürük. İqtidar-müxalifət dialoqlarında müzakirə olunacaq kifayət qədər çox və önəmli məsələlər var. Ümid edirəm ki, dövlət və xalqın birlikdə əlaqəli şəkildə fəaliyyəti nəticəsində bu bəladan xilas olacağıq. Bundan sonra bütün proseslər öz qaydasında davam edəcək”.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, başlanan prosesə koronavirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib: "Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Karantin dövründən sonra iqtidar təmsilçisi ilə siyasi partiyaların sədrlərinin görüşünün olması məsələsi daha çox hakimiyyət tərəfindən asılıdır”. /Yeni Müsavat/


Millət




Digər Xəbərlər