Şriftin ölçüsü / 693

Əgər aparılan müzakirələr nəticəsində ortaq məxrəcə gəlinəcəksə

06 May 2020 [12:45]
İqtidarın dialoq təklifindən sonra hökumətə təkliflər paketi təqdim edilib
İqtidarın dialoq təklifindən sonra Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hökumətə "Demokratiyaya ”yumşaq" keçid strategiyasi" adlı sənəd təqdim edib. Sənədin kifayət qədər geniş, əhatəli olduğu bildirilir. Hələ ki qarşı tərəfdən cavab olmasa da sənədin qəbul edilməsinin özü müsbət tendensiya hesab olunur. Bəs digər partiyalar bu cür sənədlərin hazırlanıb hakimiyyətə təqdim olunmasına necə yanaşır? İqtidar o sənədi qəbul etsə, yeni bir prosesin başlanması hesab etmək olar?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, istənilən partiyanın hakimiyyətə təkliflər toplusu, yol xəritəsi və sair formalarda təkliflər təqdim etməsi müsbət haldır. Bunun özü dialoq mühitinin formalaşmasına təkan verir: "Bildiyiniz kimi, cari ilin fevral ayından başlayaraq Prezident Administrasiyasının Siyasi Partiyalarla və Qanunvericilik Orqanı ilə İş Şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü əsasında ölkədə fəaliyyət göstərən siyasi təşkilat rəhbərləri ilə tanışlıq görüşləri keçirilib. Əksər siyasi partiyalar kimi biz də bu görüşləri iqtidarla müxalifət arasında dialoqa hazırlıq üçün pozitiv addım kimi dəyərləndirmişik. Görüşdə mən qarşı tərəfə ölkədə həyata keçirilməsini istədiyimiz siyasi islahatları özündə ehtiva edən və ondan artıq partiya tərəfindən birlikdə razılaşdırılmaqla demək olar ki, imzalanmağa hazır olan paket sənədi təqdim etmişəm. Hazırda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq proses dayanıb. Lakin ümid edirik ki, mövcud vəziyyət normallaşdıqdan sonra bu istiqamətdə təmaslar davam edəcək. Biz hər zaman ölkənin taleyüklü məsələləri ilə bağlı bütün siyasi təşkilatlarla müzakirələr aparılmasının tərəfdarı olduğumuzu bəyan etmişik. Həmçinin bu müzakirələrin iqtidar-müxalifət dialoqu formatında keçirilməsinə də müsbət yanaşırıq. Sülhəddin bəyin təqdim etdiyi sənədlə tanış deyiləm. Eyni zamanda bildirmək istəyirəm ki, gələcəkdə aparılacaq müzakirələrdə siyasi təşkilatların təkliflərlə çıxış etməsini labüd və hətta vacib hesab edirəm. Əgər aparılan müzakirələr nəticəsində ortaq məxrəcə gəlinəcəksə və müxalifət düşərgəsinin verdiyi təkliflər nəzərə alınacaqsa, əlbəttə ki, bu ölkədə yeni bir prosesin başlanğıcı kimi qəbul edilə bilər"."Yeni Müsavat”



Millət




Digər Xəbərlər