Şriftin ölçüsü / 586

“Xəmsə-Zirə”yə 5

12 May 2020 [15:20]
Ötən gün Azərbaycanın ən bacarlıqlı, kreativ fikirlərini gerçəyə çevirmək üçün yorulmadan çalışan dəyərli iş adamı Mürvət Həsənlini Zirədə saldığı faraş meyvə bağında ziyarət etdim. Qaysı, nektarin, alça, şaftalı bağlarının dənizin duzlu qoxusuna qarışan ətri, yüzlərlə çalışanın məmnuniyyəti o qədər xoş ovqat yaratmışdı ki, Azərbaycan, Bakı torpağına bu qədər bərəkət verdiyi üçün Allaha min dəfə şükür elədim. Dünyanın müxtəlif ölkələrindən gətirilən meyvə sortları Bakı torpağında insan əməyi və əzmi ilə ölkə üçün iqtisadi gücə çevrilir. Nə gözəl... Mürvət bəyə, bütün komandasına ayaq üstə alqış düşür.

"Xəmsə” brendi ilə Rusiya bazarlarına çıxarılan məhsullar Azərbaycan iqtisadiyyatına çox ciddi dəstək olmaqla yanaşı iş adamlarına ciddi stimul, hökumətə isə hansı sahəni daha çox təşfiq etmək üçün örnəkdir. Verimli torpaq Azərbaycanda, günəş, su Azərbaycanda, işçi qüvvəsi Azərbaycanda, yetər ki, düzgün təşkilatçılıq olsun, iş bacarana tapşırılsın.

Mürvət bəyin məkanında Rusiya bazarına məhsul apran topdançılarla da görüşdük. Moskva olsun, Rusiyanın çeşidli bölgələri olsun "Xəmsə”nin məhsullarının əl-əl gəzdiyini dedilər. Bir narazılıqları var - gömrükdə yerli məhsullar üçün özəl keçid yoxdur. İran da Azərbaycan ərazilərindən tranzit kimi istifadə etdiyindən uzun növbələr yaranır. Meyvə-tərəvəz üçün isə yolda hər saatın hökmü var...

Gürcüstanda, Türkiyədə şahidi olmuşam - yerli və tranzit yüklərin sırası başqadır. Öncəlik yerli yüklərə tanınır. Azərbaycanın da bu qaydalara keçməsi yerli istehsalçılar üçün, dolayısı ilə ölkə iqtisadiyyatı üçün çox gözəl fürsətlər yaradar. Sərhədi asan adlayıb böyük bazarlara çıxmaq bu işin ən çətin tətəflərindən biri olmaqdan çıxar.

Neft bumu arxada qaldı. Sıra kənd təsərrüfatınındır. Azərbaycan torpağının "şirəsi”, insanların çalışqanlığı hər evə, hər ocağa bərəkət gətirməyə yetər. Pandemiya dönəmində əhalinin işsizlikdən əziyyət çəkdiyi günlərdə kənd təsərrüfatı yüz minlərlə insan üçün iş yeri deməkdir.

Arzu edirəm, Mürvət bəyin açdığı bu yol uzun illər Vətənə, millətə xeyir, uğur gətirsin. Gün gəlsin, "Xəmsə” brendi başda Azərbaycan məhsullarını dünya bazarlarında ən tələb olunan məhsullar sırasında görək.



Millət




Digər Xəbərlər