Şriftin ölçüsü / 511

Azərbaycan Qərb üçün vacib ölkədir

30 Avqust 2020 [22:46]
Bəzi siyasilər hesab edir ki, Azərbaycan Türkiyə ilə hərbi ittifaq qurub buraya türk hərbi qüvələrini gətirsə və Qarabağ məsələsi ilə bağlı sülh danışıqlarını davam etdirməsə Moskva bizi əlavə torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi ilə cəzalandırar. Rusiya doğrudanmı bizə daha böyük pislik edə bilər? Əlavə torpaq işğalınamı kömək edəcək Moskva? Türkiyə buna imkan verərmi?

AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirdi ki, "Azərbaycan Türkiyə ilə hərbi ittifaq qurub buraya türk hərbi qüvələrini gətirsə və Qarabağ məsələsi ilə bağlı sülh danışıqlarını davam etdirməsə, Moskva bizi əlavə torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi ilə cəzalandırar” tipli açıqlamalar verən siyasətçilər və siyasi analitiklər ya Rusiyaya bağlı adamlardır, qəsdən xalqı qorxudurlar, ya da siyasi savadları yoxdur: "Əksinə, Türkiyə ordusunun Azərbaycanda olması təhlükəsizliyimizin təminatıdır.

Əli Orucov: "Rusiya məhz Qarabağ münaqişəsini dondurmaqla regionda öz varlığını saxlayır”

Azərbaycanın özünün gücü kifayət edər ki, işğalçını öz yerində oturtsun. Rusiya məhz Qarabağ münaqişəsini dondurmaqla regionda öz varlığını saxlayır. Moskva anlayır ki, konflikt hansı formada və hansı tərəfin hətta xeyrinə həll edilsə həm Ermənistanı həm də Azərbaycanı itirəcək. Çünki forpostu olan Ermənistan da münaqişə bitdikdən sonra Rusiyadan uzaqlaşacaq. Rusiya açıq aşkar Azərbaycana qarşı təcavüzkarlıq etməz. Həm də ona görə ki, Azərbaycan Qərb üçün vacib ölkədir. Həm enerji həm də kommunikasiya nəqliyyat şaxələndirilməsi baxımından qərbə lazımdır. Rusiya ancaq müəyyən təzyiq rıçaqları ilə müəyyən problemlər və başağrısı yarada bilər. Amma 1990-cı illərdəki kimi torpaqlarımızın işğalını gerçəkləşdirməsi mümkün deyil. Hər bir halda Türkiyə ilə hərbi ittifaq eləcə də yeni hərbi strateji müttəfiqlərin sayının çoxaldılması təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynaya bilər. Bu istiqamətdə ciddi addımlar gecikmədən atılmalıdır”.
"Yeni Müsavat”





Digər Xəbərlər